Azərbaycan İdeyası

Məhkəmə hakimi özünə etiraz edib - Azərbaycanda İLGİNC OLAY

Tarix:18-07-2016, 12:14
Baxış Sayı:337

Məhkəmə hakimi özünə etiraz edib - Azərbaycanda İLGİNC OLAY
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Babək Əzimovun cinayət işi üzrə məhkəməsinin hazırlıq iclası başlayıb.

Qaynarinfo.Az report-a istinadən bildirir ki, prosesdə hakim Faiq Qəniyev özü-özünə etiraz edib.

Buna səbəb kimi hakim ibtidai istintaqı aparan müstəntiqlə qohum olmasını göstərib.

Hazırlıq iclası dayandırılıb, cinayət işi dəftərxanaya təqdim edilib. İş başqa hakimin icraatına veriləcək.

Qeyd edək ki, hadisə bu il fevralın 4-də Xızı rayonunun Giləzi qəsəbəsində baş verib. Xızı rayonunun Giləzi qəsəbəsində yaşayan 1992-ci il təvəllüdlü Elmir Qulamovun üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti yaşadığı ərazidə tapılıb. Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü B.Əzimov tutulub. Ondan hadisəni törədərkən istifadə etdiyi mətbəx bıçağı götürülüb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı