Azərbaycan İdeyası

“Yumruq atmağa, söyüş söyməyə başladı...”

Tarix:15-08-2016, 17:22
Baxış Sayı:325

“Yumruq atmağa, söyüş söyməyə başladı...”
Hüquq müdafiəçisi Bəxtiyar Hacıyev saxlanılması barədə “Qafqazinfo”ya açıqlama verib. O bildirib ki, hazırda Yasamal rayonu 27-ci Polis Bölməsindədir:

“Son 4 gündə mütəmadi olaraq yol polisi ilə problemlər yaşayıram. Dünən YPX əməkdaşı yol hərəkəti qaydasını pozduğumu deyib avtomobili cərimə meydançasına aparmalı olduğumu dedi. Mən də maşını təhvil verdim, sonra ona yaxınlaşıb “aparmamaq olardımı?” deyə soruşdum, dedi ki, “sən yol polislərini sevmirsən”, cavab verdim ki, bu normaldı, o da dedi “mən də sürücüləri sevmirəm” və söyüş söyüb sürüb getdi.

Hələ də avtomobilm cərimə meydançasındadır. Bu gün piyada gedərkən döş nişanı “0404” olan həmin YPX əməkdaşına yaxınlaşıb dünən niyə söyüş söydüyünü soruşdum. Maşından düşüb birbaşa olaraq mənə yumruq atmağa, söyüş söyməyə başladı. Sonra isə Post Patrul Xidməti əməkdaşlarını çağırdı, mənə də dedi “səni tutduracağam”.

Bölmədə də məni provakasiyaya çəkmək üçün hərəkətlər edirdi. YPX əməkdaşları raport yazıb getdilər, hazırda Polis Bölməsinin əməkdaşları digər sənədləri hazırlayırlar. Çox güman ki, məhkəməyə göndərəcəklər”.

B.Hacıyev ona qarşı süni problemlərin təsadüf olmadığını düşünür: “Mən son vaxtlar yol polisini tənqid edən statuslar yazmışam. Bir neçə gün ərzində YPX ilə 4 dəfə problem yaşamağımı da təsadüf saymıram. Düşünürəm ki, heç bir səbəb əsas vermir ki, yol polisi fiziki güc tətbiq eləsin, təhqir etsin. Yol polisi fəxrlə deyir ki, mən dövlət rəsmisiyəm, vətəndaşa istədiyimi edə bilərəm. Bu artıq kifayət qədər böyük problemdir”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO