Azərbaycan İdeyası

Söyüş üstündə qonşusunu öldürən gəncə 15 il cəza

Tarix:6-08-2016, 21:55
Baxış Sayı:323

Söyüş üstündə qonşusunu öldürən gəncə 15 il cəza
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Kamran Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Teleqraf.com xəbər verir ki, ötən ilin dekabrında Binəqədi rayonu ərazisində iki qonşunun mübahisəsi qətllə nəticələnib.

Hadisə Biləcəri qəsəbəsi, Natiq Həşimi küçəsindəki 31 saylı binanın qarşısında qeydə alınıb. Həmin binada yaşayan 32 yaşlı Kamran Bağırov məhəllədə qonşu gənclərlə söhbət edirmiş. Bu vaxt 29 yaşlı Cümşüd Rüstəmov onlara yaxınlaşıb. İçkili olan Cümşüd Kamranla mübahisə edib, Kamranı nalayiq söyüşlərə təhqir edib. Bu zaman Kamran bıçağa əl atıb. Nəticədə Cümşüd aldığı zərbələrdən ölüb.

İlkin dindirilmə zamanı Kamran Bağırov baş verənlərə görə peşmanlıq çəkdiyini deyib. Onun sözlərinə görə, sərxoş Cümşüd Rüstəmov digər qonşularla, daha sonra onunla söyüş dolu zarafat etməsəydi, hadisə bu cür nəticələnməzdi. Kamran Bağırov Cümşüdü bıçaqladıqdan sonra könüllü olaraq Binəqədi Rayon Polis İdarəsinə gələrək təslim olub.

Hakim Tamella Nəsrullayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Kamran Bağırov 15 il müddətinə azadlıqdan məhrum edilib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı