Azərbaycan İdeyası

''Qara kəmər'' ustası polisdən prezidentə şikayət etdi - FOTO

Tarix:14-09-2016, 16:03
Baxış Sayı:245

''Qara kəmər'' ustası polisdən prezidentə şikayət etdi - FOTO





































Kinq-boks üzrə ''Qara kəmər'' ustası başına gələnlərlə bağlı prezident
İlham Əliyevə müraciət edib. Şikayətçi dövlət başçısına ünvanladığı
müraciətin tam mətnini Criminal.az saytına da göndərib.

Bakı şəhər sakini Azər Osmanovun şikayətdə deyilir: Uzun müddət
kinq-boks üzrə idmançı olmuşam. “Qara kəmər” ustası titulum var,
1994-2002-ci illər ərzində müxtəli beynəlxalq yarışların qalibi və
mükafatçısı olmuşam. Son illər Rusiya Federasiyasında kiçik bizneslə
məşğul olmuşam. Azərbaycanda olduğum bir az müddət əvvəl yaşadığım
Lökbatan qəsəbəsində sürmək üçün baş etibarnamə əsasında özümə
1996-cı buraxılış ili olan, MERCEDES E-230 markalı, dövlət nömrə nişanı
90FX029 olan avtomobil almışdım. Bu ilin avqustun 28-də, gecə saat 2-də
qəsəbədəki tanışlarımın yanına getməli oldum.
Həmin gün özümü yaxşı hiss etmədiyimdən qardaşım Ayaza xahiş etdim
ki, məni avtomobillə apartsın. Saat 02-28 dəqiqədə bizim avtomobil
Qaradağ rayon İcra Hakimiyyəti istiqamətindən bazara doğru hərəkət
edərkən, bizimlə eyni yolda, sadəcə qabaqda hərəkət edən VAZ 21 07
markalı, 90FG717 dövlət nömrə nişanlı avtomobil qəfil tormoz edərək
qoşa xəttdən geriyə-sola dönmək istədi. Bu zaman sürücü xəbərdaredici
işığını da yandırmadı. Bizim avtomobili idarə edən qardaşım qəzadan
qaçmaq üçün avtomobilini məcbur sola döndərib VAZ 2107 –nin qabağından
keçməklə manevr etmək istədi. Onun sürəti 60-70-km/saat idi. Lakin VAZ
2107-i hərəkətini davam etdirdiyi üçün bizim avtomobil 2107 markalı
avtomobilin sol qabaq və arxa qapılarını siyirməklə onu qarşı tərəfdə
dayanmış metal rəngli MERCEDES E markalı digər avtomobilin arxa təkər
və krılosuna vurdu.

Sonda mənim avtomobilim səkidəki bardyura dəyib dayandı. Baş vermiş
qəza həmin vaxt yaxınlıqdakı kameraya düşüb. Biz, hər iki avtomobilin
sürücüsü sığorta şirkətlərini və yol patrul əməkdaşlarını hadisə yerinə
dəvət etdik. VAZ 2107 avtomobilinin dəvət etdiyi “Paşa Sığorta”
əməkdaşları bizim avtomobildə olanlara və qarşı tərəfin sürücüsünə
təklif etdilər ki, bütün şübhələrdən çıxmaq üçün Zığ qəsəbəsində yerləşən
narkoloji məntəqəyə və alkotestdən keçməyə gedərsinizmi? Etiraz etməkdik.
Və bu testlərdən keçdik. Hər şey qaydasında idi.

Sığorta şirkətləri bildirdilər ki, qoy polisin təhqiqatı qurtarsın biz avtomobillərə
dəymiş zərərin əvəzini ödəməyə hazırıq. Razılaşdıq. Mən etiraf edirəm ki,
gərək avtomobili idarə etməyə necə də olsa sürücülük hüququ olmayan
qardaşıma həvalə etməzdim. Digər tərəfdən biz bunun üçün qanunda
nəzərdə tutulan inzibati cəzanı – nəzərdə tutulan cəriməni ödəməyə hazırıq.
Hadisə zamanı heç kim xəsarət almamışdır. Sadəcə olaraq hadisə vaxtı köhnə
model olan VAZ 2107 –yə təxminən 600-800 manat, digər MERCEDES E klass
avtomobilinə isə 300-500 manat civarında, mənim avtomobilimə isə xeyli(3-4 min manat)
ziyan dəymişdir.

Hazırda qəza hadisəsinin araşdırlması Qaradağ RPİ-nin təhqiqatçısı Ələddin
adlı təhqiqatçının icraatındadır. Təhqiqatçı mülki formada məni 3 dəfə çayxanaya,
bir dəfə isə Polis İdarəsinə dəvət edərək izahatımı almış, eyni məzmunlu
söhbətlər etmişdir. O qardaşımı da hər gün dəvət edərək işi araşdırdığını bildirir.
Hər dəfə mülki formada olan təhqiqatçı Ələddin qardaşımı dəvət edən zaman
VAZ 2107-nin sürücüsünün atasını da çağırır. Və bu ağsaqqal idarədə otağa
daxil olan kimi qardaşımın üzərinə basqı törədib onu yenə içmişdir, bu
günahkardır, təhqir edir və digər hədə-qorxu gəlməklə hay-küy salır.
Təhqiqatçı isə yenə də qardaşımı əsassız olaraq qəzanı törətməkdə
günahlandırır və bunun üçün izahatı onun dediyi kimi yazmağa vadar
etmək istəyir. Bu hal bir neçə dəfə təkrar olduğuna görə qardaşım Ayaz
təhqiqatçının və günahkar sürücünün atasının təzyiqlərinə etiraz olaraq
izahatda “etiraz edirəm” yazmışdır.

Təhqiqatçı hər dəfə izahat adıilə Ayazı idarəyə dəvət edəndə digər sürücünün atsını da dəvət edir ki, istəklərinə nail olsunlar. İzahatdan imtina etdiyi zaman təhqiqatçı Ələddin qardaşımın üstünə qışqırır ki, səni yenə həbs edəcəyəm, səni burada yaşamağa, gəzməyə, işləməyə qoymayacağam. Mən nə deyirəmsə onu izahatında yazmalısan.” Dəfələrlə olan bu təzyiqdən sonra Ayaz izahatında “mən belə təhqiqatçıdan imtina edirəm” yazıb verib. İşin belə olacağından əsəbiləşən təhqiqatçı indi də VAZ-2107-nin sürücüsünü konkret təyinat üzrə sağlamlıq vəziyyətilə bağlı göndərişi yazıb qanunsuz olaraq Nağıyev adına xəstəxanada guya qabırğalarında hər hansı sınığın olub-olmamasını təyin etməyə göndərmişdir. Lakin ona bildirmişlər ki, sürücünü aidiyyatı üzrə səhiyyə məntəqəsinə göndərmək lazımdır. Hazırda bizə məlum olmuşdur ki, təhqiqatçı Ələddini belə qərəzli araşdırmağa vadar edən onun VAZ-2107 markalı avtomobilin sürücüsünün atasıilə qohum olması və eyni məhəllədə yaşamasıdır.
''Qara kəmər'' ustası polisdən prezidentə şikayət etdi - FOTO
Sürücü özü etiraf edir ki, Ələddin həmişə onların evinə gəlib-gedəndir, atasıilə də dostluq edir. Mən günahımı etiraf etmək istəsəm də atam qoymur. Deməli, təhqiqatçı ona görə işin araşdırilmasına günahkar sürücünü deyil, onun atasını cəlb edir ki, mənim qardaşıma təzyiq edib hadisəni onun günahından törətməsini zorla etiraf etdirsin. Son günlər şəxsən müşahidə etmişəm ki, Ələddinlə sürücünün atası birlikdə qəsəbədə gəzirlər, söhbət edirlər.Bu zaman mən bunlarla salamlaşmışam. Onlar da yaxın olduqlarını gizlətmirlər. İndi bizə aydın olur ki, niyə təhqiqatçı dəridən-qabıqdan çıxıb günahkar sürücünü hadisədən 8-9 gün keçdikdən sonra digər yerə müayinə göndərişi verir. O bədən xəsarəti arayışı aldıqdan sonra bizə qarşı cinayət işinin açılmasına cəhd edir ki, iş böyüsün və “istədiyini əldə etsin”.

Belə süni və əsassız araşdırmalardan bezən qardaşım Ayaz Qaradağ Rayon Prokurorluöuna getmiş, polisə nəzarət üzrə kurator, prokuror köməkçisi Etibar müəllimin qəbulunda olub, təhqiqatçı Ələddindən şikayət etmişdir. Lakin yenə də təhqiqatçı məni də qardaşımı da araşdırmaya çağırmaqla məşğuldur.

Hörmətli, cənab Prezident!

Sizin həmişə Azərbaycan idmanına necə qayğıilə yanaşmanızı qədirbilən xalqımız bilir və hər dəfə şahidi olur. Hələ Azərbaycan idmanı 90-cı illərdə və eləcə də XXI-əsrin əvvəllərində bugünki səviyyədə inkişaf etmədiyi vaxtda mən həmişə bir azərbaycanlı olaraq Beynəlxalq Turnirlərin dəflərlə qalibi olmuşam. Azərbaycanımızı tanıtmışam. Bir idmançı kimi MDB məkanında mənə olan rəğbətlə qürur duyuram. Və çox təəssüflənirəm ki, Azərbaycan polisinin adına, şərəfinə ləkə gətirən Ələddin kimi təhqiqatçılar sadə vətəndaşlarımıza qarşı kobud, qeyri-insani rəftar edir, təzyiq göstərirlər. Sizdən xahiş edirəm, mənə məxsus avtomobillə bağlı baş vermiş qəza zamanı ədalətin ortaya çıxması üçün aidiyyatı orqanlara göstəriş verəsiniz.

Criminal.az
''Qara kəmər'' ustası polisdən prezidentə şikayət etdi - FOTO [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO