Azərbaycan İdeyası

MÜSTƏNTİQ VƏLİYEV ZƏRƏR YETİRƏNİN TƏRƏFİNDƏDİR

Tarix:22-07-2016, 15:26
Baxış Sayı:425

MÜSTƏNTİQ VƏLİYEV ZƏRƏR YETİRƏNİN TƏRƏFİNDƏDİR
Korrupsiya və qanun qazetinə daxil olan şikayət ərizələri ilə bağlı xəbərlər
Ağdaş rayon sakini, hal-hazırda paytaxtın Yasamal rayonunda yaşayan Rəhimov Camal Ədalət oğlu redaksiyaya müraciət edərək, başına gələn qəzadan, onun sağlamlığına ciddi zərər vuran yol-nəqliyyat hadisəsindən və bunun hüquq-mühafizə orqanları tərəfindən yetərincə araşdırılmamasından yazıb: "13.10.2015-ci il tarixində Qaradağ rayonundan Xocasən qəsəbəsi istiqamətində idarə etdiyim "Mersedes" markalı maşınla içərisindəki sərnişinlə birgə hərəkət edərkən, Socar Petrol yanacaqdoldurma məntəqəsinin yaxınlığında ikən qarşı tərəfdən yüksək sürətlə hərəkət edən "Nissan Maxima" markalı 90 LM 002 nömrə nişanlı avtomobil tərəfindən vuruldum. Qəza nəticəsində sol gözümü, dalağımı itirmişəm, sol 4 qabırğam və sağ qıçım çanaqdan sınıb. Hadisədən 7 ay keçməsinə baxmayaraq istintaq işini aparan müstəntiq Elnur Vəliyev heç bir əməli tədbir görməyib, yalnız yalan vədlər verib"
Rəhimov öz ərizəsinə "ambulator, stasionar xəstənin tibb kartasından çıxarış"ın surətini, Bakı Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun verdiyi tibbi arayışın surətini qoşma etmişdir. Camal əlavə olaraq məlumat vermişdir ki,bu hadisə ilə laqədar onun atası Ədalət Rəhimov DİN-nin "102" xidmətinə zəng vurub müstəntiq Elnur Vəliyevin hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlənmişdir. Bundan sonra 04.05.2016-cı il tarixdə səhər saat 10-da Polis İdarəsinə gedib müstəntiqlə görüşməyə cəhd etmişəm. O məni növbətçi hissənin yanında gözlədərək ta ki axşam özü işdən çıxıb evə gedəndə mənə bircə onu demişdir ki, yaxın on gün ərzində məsələ həllini tapacaqdır. Lakin əlbəttə ki, vədini yerinə yetirməmiş, onu get-gələ salmaqda davam etmişdir.
İndi isə gəlin görək, məsələnin həlli deyəndə C. Rəhimov nəyi nəzərdə tutur: Məsələ burasındadır ki, Camalın səhhət durumu daha da pisləşməkdədir və onun təcili cərrahiyyə əməliyyatına ehtiyacı var. Bu xərclərin qarşı tərəfdən ödənilməsi ya zərər yetirən şəxsin humanistliyi nəticəsində olmasa da, Cəlalın zərərçəkmiş qismində tanınmasından sonra baş verə bilər. Bütün hallarda bu məsələdə əsas söz sahibi müstəntiqdir.
Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində zərərçəkmiş şəxsin hüquq və vəzifələri aydın əks olunmuşdur. Belə ki, CPM-nin 87-ci Maddəsinə görə, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərərçəkmiş şəxs qismində tanınır.
Cinayət nəticəsində mənəvi və ya maddi ziyan dəymiş hüquqi şəxs zərər
çəkmiş şəxs qismində tanına bilər. Belə halda bu maddədə nəzərdə tutulmuş zərər çəkmiş şəxsin hüquq və vəzifələrini hüquqi şəxsin müvəkkil edilmiş nümayəndəsi həyata keçirir.Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən bu barədə qərar qəbul olunduğu andan şəxs zərər çəkmiş şəxs qismində tanınır. Cinayət işi başlanan anda şəxsi zərər çəkmiş şəxs qismində tanımağa əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur.
Zərər çəkmiş şəxs qismində tanındıqdan sonra şəxsin zərərçəkmiş şəxs
qismində qalmasına əsaslar olmadığı müəyyən edilərsə, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə əsaslandırılmış qərarı ilə həmin şəxsin cinayət prosesində zərər çəkmiş şəxs qismində iştirakına xitam verir. Zərər çəkmiş şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir: ittihamın mahiyyətini bilmək; ifadə vermək; izahat vermək; cinayət işinə əlavə olunması və məhkəmə iclasında tədqiq edilməsi üçün materiallar təqdim etmək; etirazlar etmək; vəsatətlər vermək; məhkəmə istintaqı başlananadək hər an onun xüsusi ittihamçı qismindətanınmasını tələb etmək; cinayət prosesini həyata keçirən orqanların hərəkətlərinə qarşı öz etirazını bildirmək və həmin etirazın istintaq və ya digər prosessual hərəkət protokollarında qeyd olunmasını tələb etmək; iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolları ilə tanış olmaq və protokoldakı yazıların düzgünlüyü və tamlığı barədə qeydlər vermək; istintaq və ya digər prosessual hərəkətlərdə iştirak edərkən, habelə məhkəmə iclasında qeyd olunması zəruri olan halların protokolda öz əksini tapmasını tələb etmək; məhkəməiclasının protokolu ilə tanış olmaq və ona qeydlərini vermək; ibtidai istintaq başa çatdığı, o cümlədən cinayət işinin icraatına xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq; birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında və işin materiallarının tədqiqində iştirak etmək; birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında nümayəndəsi olmadıqda nitq və replika söyləmək; cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmiş, onun hüquq və qanuni mənafeyinə toxunan qərarlar haqqında həmin orqan tərəfindən məlumatlanmaq və onun xahişi ilə bu qərarların surətini əldə etmək; cinayət işi üzrəicraata xitam verilməsi, təqsirləndirilən şəxs qismində cəlb etmə və cinayət təqibinin rədd olunması barədə qərarların, ittiham aktının, hökmün və ya məhkəmə qərarlarının surətlərini almaq; təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin qərarlarından vəhərəkətlərindən, o cümlədən hökmdən və məhkəmənin digər qərarlarından apellyasiya və ya kassasiya şikayəti vermək; xüsusi ittiham qaydasında cinayət təqibini həyata keçirərkən təqsirləndirilən şəxslə barışmaq; cinayət prosesini həyata keçirən orqan tərəfindən onun nəzərinə çatdırılmış məlumatlardan və ya cinayət prosesi iştirakçılarının şikayətlərindən ona məlum olmuş hallara etirazını bildirmək; onun şikayəti ilə cinayət işinə kassasiya, əlavə kassasiya qaydasında və ya hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar üzrəbaxılmasında, yaxud cinayət prosesinin digər iştirakçısının şikayətinə etirazı olduqda iştirak etmək; cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində ona vurulmuş ziyana görə qanunla müəyyən edilmiş kompensasiyanı dövlət hesabına almaq; cinayət işi üzrə icraat zamanı sərf edilmiş xərclərin ödənilməsinə vəcinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə kompensasiya almaq; cinayət prosesini həyata keçirən orqan tərəfindən maddi sübut qismində və ya digər əsaslarla götürülmüş əmlakı, ona məxsus rəsmi sənədlərin əslini geri almaq;cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətmiş şəxsdən ona məxsus əmlakı geri almaq; nümayəndəyə malik olmaq və onun səlahiyyətlərinə xitam vermək; özü və ya nümayəndəsi tərəfindən verilmiş hər hansı şikayətdən, o cümlədən ona qarşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərin törədilməsi haqqında şikayətdən imtina etmək; bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək hüquqları vardır.

OXŞAR XƏBƏRLƏR
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq