Azərbaycan İdeyası

Narkotik tərkibli dərman satan aptek işçisi yaxalandı

Tarix:22-09-2016, 12:32
Baxış Sayı:371

Narkotik tərkibli dərman satan aptek işçisi yaxalandı
Daxili işlər orqanları Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qanunla qadağan edilən, məhdudlaşdırılan narkotik vasitələrin və onların prekursorlarının, eləcə də psixotrop tərkibli dərmanların qeyri-qanuni satışının təşkil olunmasına qarşı mübarizəni davam etdirir.

Criminal.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinə (BNMİ) Yasamal rayonu ərazisində yerləşən apteklərdən birində dövriyyəsi qadağan edilən narkotik tərkibli dərmanların satışının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin aptekdə işləyən Şirvan şəhər sakini Tural Abıyev güclü psixotrop təsirə malik olan 9 ədəd “Lyrica” kapsulunu satarkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılan şəxsin işlədiyi aptekə baxış zamanı oradan əlavə olaraq psixotrop tərkibli 3200 ədəd “Tramadol”, 112 ədəd “Lyrica”, 1335 ədəd “Pregabalin” kapsulaları, 165 ədəd “Tradolex” ampulaları və 4 ədəd “Tropicamide Mydrax” flakonu aşkar olunaraq götürülüb. İlkin dindirmə zamanı, T.Abıyev işlədiyi aptekdə həmin dərmanların satışını həyata keçirdiyini etiraf edib. Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO