Azərbaycan İdeyası

Həbsxanalara mobil telefon və narkotik vasitə keçirilməsinin qarşısı alındı

Tarix:15-08-2016, 12:15
Baxış Sayı:314

Həbsxanalara mobil telefon və narkotik vasitə keçirilməsinin qarşısı alındı
Penitensiar müəssisələrə mobil telefon və narkotik vasitə keçirilməsinin qarşısı alınıb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Criminal.az saytına verilən məlumata görə, həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 263.1.1 maddəsi ilə 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilmiş, 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Ağasəfli Mərhəmət Heydər oğlunun yanına qısamüddətli görüşə gələn qohumu Göyüşov Ramal Ağalar oğlunun üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman məhkuma gizli yolla ötürmək istədiyi 1 ədəd içərisində danışıq kartı olmayan mobil telefon, ayrı saxlanılmış 4 ədəd telefon sim kartı aşkar edilərək götürülüb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Baş idarəsinin və 1 saylı Cəzaçəkmə Müəssisəsinin əməliyyat aparatlarının birgə tədbiri nəticəsində isə müəssisəyə narkotik vasitələrin və psixotrop maddələrin ötürülməsi cəhdinin qarşısı alınıb. Həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsində saxlanılan, Cinayət Məcəlləsinin 234.4.2, 93.1.4, 67.1, 234.2-ci maddələri ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilmiş Abdullayev Sahib Əbdüləli oğlunun yanına uzunmüddətli görüşə gəlmiş həyat yoldaşı Abdullayeva Tahirə Əkbər qızının gətirdiyi əşyalara baxış keçirilən zaman 13 ədəd tramadol dərmanı, narkotik vasitələr - 2.72 qram marixuana, 0.389 qram heroin və tibbi şpris aşkar edilərək götürülüb.

Həyata keçirilmiş daha bir axtarış-baxış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmiş, barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş Davudov Rövşən Hədis oğlu Bakı İstintaq Təcridxanasına qəbul olunan zaman üzərinə baxış keçirilərkən onun düz bağırsağında gizlətdiyi 1 ədəd şəffaf sellofan bükülüdə 0,156 q heroin aşkar edilərək götürülüb. Toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti istintaq orqanlarına göndərilib.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı