Azərbaycan İdeyası

Baba nəvəsinə narkotik ötürmək istəyərkən yaxalandı

Tarix:9-08-2016, 10:28
Baxış Sayı:431

Baba nəvəsinə narkotik ötürmək istəyərkən yaxalandı
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Baş idarəsinin və tabe qurumların əməliyyat aparatlarının birgə fəaliyyəti nəticəsində son gün ərzində cəzaçəkmə müəssisələrinə narkotik vasitələrin və psixotrop maddələrin ötürülməsi ilə bağlı üç cəhdin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Müalicə Müəssisəsində saxlanılan, Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş Şahmarlı Fərid Faiq oğlunun yanına qısamüddətli görüşə gəlmiş babası Quliyev Mehman İsa oğlunun gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman 0,604 qram narkotik vasitə tiryək aşkar edilərək götürülüb.

Müalicə Müəssisəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daha bir fakt qeydə alınıb. Müəssisədə saxlanılan, Cinayət Məcəlləsinin 126.3, 221.3 və 66.3-cü maddələri ilə 8 il müddətinə azadlıqdan məhrum edilmiş Şərifov Ehtiram Bəxtiyar oğlunun yanına qısamüddətli görüşə gəlmiş dostu Həşimov Zamir Əhədəli oğlunun üzərinə baxış keçirilən zaman corabının alt hissəsindən 1 ədəd sellofana bükülmüş 2,689 qram narkotik vasitə tiryək aşkar olunaraq götürülüb.

Növbəti fakt Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb. Həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində müəssisədə cəza çəkən,

Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 66.5 maddələri ilə 6 il müddətinə azadlıqdan məhrum edilmiş Məlikov Rəfael Mahir oğluna dayısı Kərimov İkram Balaqardaş oğlunun gətirdiyi sovqata baxış keçirilərkən 11 ədəd karamel konfetin içərisindən sellofana bükülmüş, çəkisi 1,916 qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Hər üç fakt üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi məqsədilə aidiyyəti istintaq orqanlarına təqdim edilib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı