Azərbaycan İdeyası

İÇƏRISINDƏ KVN-IN AKTYORU OLAN MAŞIN QARABAĞ ƏLILINI VURUB ÖLDÜRDÜ

Tarix:31-07-2019, 13:54
Baxış Sayı:182


Bakı-Sumqayıt şossesinin Yasamal rayonu ərazisindən keçən hissəsində baş verən yol qəzasında ölən şəxsin kimliyi məlum olub.

Korrupsiya-q.az "BakuTV"yə istinadən xəbər verir ki, Bəşirov Mirzə İlqar oğlu idarə etdiyi "Silverado” markalı minik avtomobili ilə hərəkətdə olan zaman anidən onun qarşısına piyada çıxıb.
Nəticədə o, piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçmək istəyən Qarabağ əlili, 1975-ci il təvəllüdlü Məmmədov Azər Vaqif oğlunu vurub. A.Məmmədov aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Hadisə şahidləri bildiriblər ki, həmin maşında "Parni iz Baku" KVN komandasının üzvü, "Planet Parni iz Baku” KVN Teatrının aktyoru Emil Abbasov da olub.
Əraziyə DYP əməkdaşları cəlb olunub. Sürücü saxlanılaraq istintaqa cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.






OXŞAR XƏBƏRLƏR
Daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 39 nəfər...
Daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 39 nəfər...
Bu gecə sonuncu Qədr gecəsidir
Bu gecə sonuncu Qədr gecəsidir
Nazirlikdən Bakıdakı dron səsi ilə bağlı AÇIQLAMA - VİDEO
Nazirlikdən Bakıdakı dron səsi ilə bağlı AÇIQLAMA - VİDEO
Bu fotodakı şəxslərin hamısı ölüdür - Tarixə düşən kadr
Bu fotodakı şəxslərin hamısı ölüdür - Tarixə düşən kadr
Şanlı zəfər tarixi indi bir tədbiqdə
Şanlı zəfər tarixi indi bir tədbiqdə
Türkiyə və İran razılaşdı
Türkiyə və İran razılaşdı
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
Mayda 14 gün iş OLMAYACAQ
Mayda 14 gün iş OLMAYACAQ