Azərbaycan İdeyası

Toyu qana bələdilər: 19 yaşlı oğlan bıçaqlandı

Tarix:13-11-2015, 10:46
Baxış Sayı:393

Zaqatalada toyda bıçaqlanma olub.
Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, noyabrın 12-də saat 22 radələrində rayonun Faldar kənd sakini, 1996-cı il təvəllüdlü Ruhi İmran oğlu Abdullayev qarın boşluğunun kəsilmiş-deşilmiş daxilə nüfuz edən bıçaq xəsarəti ilə xəstəxanaya daxil olub. Əməliyyat olunan yaralı reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Bıçaqlanma faktı Rayon Polis Şöbəsi tərəfindən təsdiqlənib. Bildirilib ki, rayonun Dağlı kəndində fəaliyyət göstərən şadlıq evində keçirilən toy mərasimində adı açıqlanmayan şəxs R. Abdullayevi bıçaqlayaraq hadisə yerini tərk edib.
Həmin şəxsin tutularaq istintaqa təhvil edilməsi istiqamətində tədbirlər görülür. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO