Azərbaycan İdeyası

TOĞRUL ƏSGƏROV MAŞINI İLƏ ADAM ÖLDÜRÜB HADİSƏ YERİNDƏN QAÇIB - ŞƏMKİR POLİSİ HADİSƏNİ İCTİMAİYYƏTDƏN NİYƏ GİZLƏDİR?

Tarix:4-02-2020, 11:25
Baxış Sayı:861

Bədbəxt hadisələrdən, o cümlədən, yol-nəqliyyat qəzalarından heç kim sığortalanmayıb. Zaman-zaman vəzifəsi qanununçuluğun keşiyində durmaq olan polis işçilərinin hadisə törətməsi barədə məlumatlara rast gəlinir. Fərq burasındadır ki, onlardan daha böyük məsuliyyət tələb olunur. Amma indi haqqında söz açdığımız faciəni törədən polis əməkdaşının cinayəti onun paqon yoldaşları tərəfindən ciddi-cəhdlə ictimaiyyətdən gizlədilir. Şəmkir rayonunun Qaranüy kənd sakini Oruc Verdiyev redaksiyamıza ünvanladığı ürəkürpədici şikayətnaməsində bildirir ki, onun 27 yaşında dünyasını dəyişmiş oğlu Verdiyev Əli Oruc oğlu noyabrın 28-də axşam saat 21:00-22:00 radələrində idarə etdiyi ağ rəngli, "VAZ 21 - 06" markalı, 57 BT-413 dövlət nömrə nişanlı avtomobillə Şəmkir rayonunun Dəllər qəsəbəsi ərazisində hərəkət edərkən qarşıdan gələn göy rəngli, "NİVA" markalı, 10 DB - 111 dövlət nömrə nişanlı avtomobil kəskin dönmə hərəkəti edərək qəza vəziyyəti yaradıb. Toqquşma qaçılmaz olub. Əlinin avtomobilinin sürücü olan hissəsi tamamilə dağılıb. Əli aldığı ağır xəsarətdən yerindəcə keçinib. "NİVA" elə sürətlə çırpılıbmış ki, təkcə "VAZ 21-06" deyil, digər avtomobillərə də zərər vurub. Əzilən maşınlardan "VAZ 21-07" markalı olanın sürücüsünün həyat oldaşı və 15 yaşlı oğlu xüsusilə ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Yol-nəqliyyat hadisəsinin törənməsinin səbəbkarı, "NİVA"nın sürücüsü, Əsgərov Toğrul Əli oğlu qəzadan salamat qurtarıb. Şahidlər Əlinin yaxınlarına deyiblər ki, Toğrulun özünü aparmasından içkili olması hiss olunurmuş O, kiməsə zəng vurub və zərər yetirdiyi şəxsləri köməksiz vəziyyətdə atıb, öz maşınının üzərindən nömrə nişanını açıb və arxasınca gələn maşına əyləşərək hadisə yerindən qaçıb. Daha acınacaqlısı burasıdır ki, ekspertiza Toğrul Əsgərovun içkili olmaması barədə rəy verib. Əlinin valideynləri bunu Toğrulun Tovuz Rayon Polis Şöbəsinin əməkdaşı olması ilə əlaqələndirirlər. Onların şübhələrinə əsas verən səbəb həm də odur ki, polis hadisə barədə informasiya yaymayıb. Əli evin tək oğlu imiş, yaxın vaxtda toyu olacaqmış. Mərhumun valideynlərini hiddətləndirən daha bir səbəb Toğrulun və adamlarının sayğısızlığı olub. Yalnız şikayət edildiyini biləndən sonra Əlinin hüzn mərasiminə gələcəklərini dodaqucu desələr də, Verdiyevlər onları yaxına buraxmayıblar. Faciədən üzülən Oruc kişi bildirir ki, bunca böyük kədərin içindəykən, gördükləri sayğısızlığı həzm edə bilmir: "Necə olur ki, biri bir toyuğu tapdalayanda polisin dərhal təpkisi gəlir, heyvan sahibindən dönə -dönə üzr istəyirlər, amma mənim murad üstündə olan cavan oğlum ölüb, elə bil heç nə olmayıbmış kimi sinəmizə dağ çəkirlər". Xatırladaq ki, əgər Toğrul Əsgərovun qəza törətdiyi vaxt sərxoş olması təsdiqlənsəydi, o, həm də "Daxili işlər orqanları əməkdaşlarının Etik Davranış Qaydaları"nı pozmuş sayılacaqdı və bu səbəbdən polisin sıralarından kənarlaşdırılacaqdı. Bütün hallarda Toğrul Əsgərov Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə təqsirli bilinməlidir. "Yol hərəkəti haqqında" qanunun 37-ci maddəsində yol nəqliyyat hadisəsi zamanı sürücünün üzərinə düşən vəzifələr müəyyən edilib. Qanunun tələbinə görə, sürücü zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, təcili tibbi yardım maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməlidir. Bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır. Təcrübədə əksər hallarda sürücü zərər çəkmiş şəxsi xəstəxanaya gətirməklə öz vəzifəsini bitmiş hesab edir. Hətta qəzanı özünün törətdiyini bildirmir, heç bir sənəd təqdim etmir. Sürücü bunları etmirsə, onun əməli DYP tərəfindən hadisə yerindən qaçma kimi qiymətləndirilir. Baş vermiş hadisə barədə məlumata rast gəlmək ümidilə internetdə axtarış elan edəndə iki ay əvvəl Tovuz polisinin Əsgərov Toğrul Əli oğlu adında əməkdaşının və onun daha bir həmkarının bir şəxs tərəfindən bıçaqlanması barədə informasiyaya qarşımıza çıxdı. Onunla birgə soyuq silah hücumuna məruz qalmış həmkarı da eyni soyadı daşıyır. Yaralanan şəxslərdən Əsgərov Məhəmmədəli Daxili İşlər Nazirliyinin Tovuz Regional Qediyyat və Baxış Şöbəsinin rəisi Xəqani Əsgərovun oğludur. Əgər oktyabr ayında bıçaqlanan və noyabr ayında avtomobili ilə qəza törədən Toğrul Əsgərov eyni şəxsdirsə, Şəmkir polisinin ikinci hadisəni ictimaiyyətdən gizlətməsi həmkar həmrəyliyi kimi başa düşülməlidir. Çünki iki polis işçisinin bir nəfər narkomanın (bıçaqlı şəxs polisin yadığı məlumatda narkotik istifadəçisi kimi təqdim olunub) öhdəsindən gələ bilməməsi onların fiziki hazırlıq səviyyələrinə görə polisdə işə yaramadıqlarının göstəricisidirsə, avtomobillə qəza törətmək isə daha bir yarıtmazlıq əlaməti kimi qəbul olunacaqdı. Bundan başqa bıçaqlanan Toğrulun Xəqani Əsgərovla eyni soyadı daşıması da diqqətəlayiq haldır.

Nüşabə Əhmədova

TOĞRUL ƏSGƏROV MAŞINI İLƏ ADAM ÖLDÜRÜB HADİSƏ YERİNDƏN QAÇIB - ŞƏMKİR POLİSİ HADİSƏNİ İCTİMAİYYƏTDƏN NİYƏ GİZLƏDİR?
TOĞRUL ƏSGƏROV MAŞINI İLƏ ADAM ÖLDÜRÜB HADİSƏ YERİNDƏN QAÇIB - ŞƏMKİR POLİSİ HADİSƏNİ İCTİMAİYYƏTDƏN NİYƏ GİZLƏDİR?
TOĞRUL ƏSGƏROV MAŞINI İLƏ ADAM ÖLDÜRÜB HADİSƏ YERİNDƏN QAÇIB - ŞƏMKİR POLİSİ HADİSƏNİ İCTİMAİYYƏTDƏN NİYƏ GİZLƏDİR?
TOĞRUL ƏSGƏROV MAŞINI İLƏ ADAM ÖLDÜRÜB HADİSƏ YERİNDƏN QAÇIB - ŞƏMKİR POLİSİ HADİSƏNİ İCTİMAİYYƏTDƏN NİYƏ GİZLƏDİR?
TOĞRUL ƏSGƏROV MAŞINI İLƏ ADAM ÖLDÜRÜB HADİSƏ YERİNDƏN QAÇIB - ŞƏMKİR POLİSİ HADİSƏNİ İCTİMAİYYƏTDƏN NİYƏ GİZLƏDİR?
TOĞRUL ƏSGƏROV MAŞINI İLƏ ADAM ÖLDÜRÜB HADİSƏ YERİNDƏN QAÇIB - ŞƏMKİR POLİSİ HADİSƏNİ İCTİMAİYYƏTDƏN NİYƏ GİZLƏDİR?
TOĞRUL ƏSGƏROV MAŞINI İLƏ ADAM ÖLDÜRÜB HADİSƏ YERİNDƏN QAÇIB - ŞƏMKİR POLİSİ HADİSƏNİ İCTİMAİYYƏTDƏN NİYƏ GİZLƏDİR? [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb