Azərbaycan İdeyası

Sabirabadda ağır qəza - Sürücü öldü

Tarix:4-07-2016, 21:58
Baxış Sayı:7 011

Sabirabadda ağır qəza - Sürücü öldü
Sabirabadda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Rayonun Polis İdarəsindən verilən məluamata görə, hadisə Qaratoğay kəndində qeydə alınıb. Sabirabad sakini, 1978-ci il təvəllüdlü Kərim Süleyman oğlu Hüseynov idarə etdiyi “Fiat” markalı 10- TG- 780 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq hasara çırpılıb.

Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişinlər, rayonun Həşimxanlı kənd sakinləri - 1985-ci il təvəllüdlü Röyal Akif oğlu Əsədov, onun qardaşı 1982-ci il təvəllüdlü Xəyal Akif oğlu Əsədov ağır bədən xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralılara ilkin tibbi yardım göstərilsə də, 38 yaşlı Kərim Hüseynovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Ölümlə nəticələnən daha bir qəza Şəmkir rayonunun Seyfəli kəndində baş verib. Rayon sakini Xəlil Musayev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.(Anspress.com)

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı