Azərbaycan İdeyası

Azərbaycan sərhədi yaxınlığında terrorçular öldürüldü

Tarix:8-07-2016, 18:15
Baxış Sayı:347

Azərbaycan sərhədi yaxınlığında terrorçular öldürüldü
Dağıstanda bir qrup terrorçu məhv edilib.

Bu barədə Şimali Qafqaz regionu üzrə Respublika idarəetmə nümayəndəsi Rəsul Temirbəyov deyib.

"Xüsusi təyinatlı dəstənin saxlanılan şəxslərinin ifadəsi əsasında Qarabudaqkənddə meşəlik ərazidə keçirdiyi əməliyyat zamanı "Mahaçqala" adlı quldur dəstənin 9 üzvü, o cümlədən dəstə rəhbəri Hüseyn Tahirov öldürülüb", - deyə Rəsul Temirbəyov bildirib.

Dağıstanın hüquq-mühafizə orqanlarının məlumatına görə, Qarabudaqkənd rayonunda daha iki yaraqlı külli miqdarda silah-sursatla saxlanılıb.

Yaraqlılarla döyüş zamanı bir polis əməkdaşı həlak olub, üç nəfər yaralanıb.

Ötən gün Dağıstanda antiterror əməliyyatı rejimi tətbiq edilib. Milli Antiterror Komitəsinin Qərargahından verilən məlumata görə, iyulun 7-nə keçən gecə qanunsuz silahlı birləşmələrin, onların havadarlarının və iştirakçılarının müəyyən edilib saxlanılması istiqamətində xüsusi tədbirlərin keçirilməsinə başlayıb:

"Keçirilən antiterror tədbirləri zamanı bəzi xüsusi əməliyyat-axtarış tədbirləri görüləcəyi üçün müvəqqəti məhdudiyyətlər əhali üçün olacaq. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir".(anspress.com)
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO