Azərbaycan İdeyası

Beynəlxalq Banka yeni rəhbər seçildi

Tarix:10-01-2017, 16:22
Baxış Sayı:484

 Beynəlxalq Banka yeni rəhbər seçildi


"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.
Korrupsiya və Qanun saytı xəbər verir ki, yığıncaqda Bankın İdarə Heyətinə sədr seçilməsi məsələsinə baxılıb. Səhmdarların qərarı ilə Xalid Nurəddin oğlu Əhədov ABB-nin İdarə Heyətinin sədri seçilib.
Xalid Əhədov 8 dekabr 2016-cı il tarixindən bu vəzifəni müvəqqəti icra edirdi. Bank sektorunda 1999-cu ildən çalışan Xalid Əhədov indiyə qədər “Bank of Baku” ASC-nin İdarə Heyəti sədrinin müavini, “Unibank” ASC-nin icraçı direktoru olub.
Qeyd edək ki, bu gün həm də Azərbaycan Beynəlxalq Bankının fəaliyyətə başlamasının 25-ci ildönümü tamam olur. 10 yanvar 1992-ci il tarixində təşkil olunmuş Bank 25 ildir müştərilərə xidmət göstərir və hazırda aktivlərinin həcminə, müştəri bazasına, eləcə də beynəlxalq əməliyyatlar portfelinə görə Cənubi Qafqaz regionunun ən böyük bankı sayılır. Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli müvafiq Fərmanına uyğun olaraq Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması tədbirləri davam etdirilməkdədir.

OXŞAR XƏBƏRLƏR
İranda atışma - Ölənlər var
İranda atışma - Ölənlər var
Bu ərazilərdə 12 dərəcəyədək şaxta qeydə alındı - FAKTİKİ HAVA
Bu ərazilərdə 12 dərəcəyədək şaxta qeydə alındı - FAKTİKİ HAVA
Türkiyədə zəlzələ oldu
Türkiyədə zəlzələ oldu
İcra başçısı rüşvəti belə alırmış - DTX VİDEO YAYDI
İcra başçısı rüşvəti belə alırmış -  DTX VİDEO YAYDI
Sabah qar yağacaq - PROQNOZ
Sabah qar yağacaq - PROQNOZ
Horovluya daha 85 nəfər köçdü.
Horovluya daha 85 nəfər köçdü.
Zahir Muradov – 70
Zahir Muradov – 70
Namizəd Səfərov dələduzluqda ittiham olunur
Namizəd Səfərov dələduzluqda ittiham olunur