Azərbaycan İdeyası

Azərbaycan Beynəlxalq Bankında struktur dəyişikliyi

Tarix:13-10-2015, 17:13
Baxış Sayı:434

Azərbaycan Beynəlxalq Bankında ciddi kadr və struktur dəyişikliyi baş verib.
"Korrupsiya və Qanun" qəzetinə istinadn APA-nın xəbərinə görə, bankın İnsan resurslarının idarə edilməsi departamenti ləğv olunub. Departamentin direktoru Həsənova İradə Ramiz qızı olub.
Bununla yanaşı, bankda bir neçə yeni departament yaradılıb və bəzilərinin adları dəyişdirilib.
Yeni yaradılan departamentlərdən biri Problemli kreditlərlə iş departamentidir. Departamentə Akif Əliyev rəhbərlik edir. Xatırladaq ki, A.Əliyev Cahangir Hacıyevin bankın İdarə Heyəti sədri olduğu müddətdə baş direktor vəzifəsini tutub.
Müştəri xidməti departamenti də yeni yaradılanlardandır. Departamentə Rasim Əkbərov rəhbərlik edir.
Audit Komitəsinin sabiq üzvü Fərid Həşimov isə bundan sonra yeni yaradılan Struktur bölmələrlə iş departamentinə başçılıq edəcək.
Bundan başqa, bankda Elektron ödənişlər şöbəsi yaradılıb. Şöbənin rəhbəri Rəhimov Eltəkindir.
Elşən Məmmədzadənin rəhbərlik etdiyi Müxbir hesablarla iş departamentinin adı dəyişdirilərək Nağdsız hesablaşmalar departamenti olub.
Yalçın Tağızadənin rəhbərlik etdiyi Rabitə və informasiya texnologiyaları departamentinin də adı dəyişdirilib. Yeni departamenti İnformasiya texnologiyaları departamenti adlanır.
İlham Axundovunun direktoru olduğu Bank fəaliyyətinin təhlükəsizliyi departamentinin adı Təhlükəsizlik departamenti olub.
Emin İbrahimovun rəhbərlik etdiyi Bank fəaliyyətinin təminatı departamentinin adı da dəyişib. Hazırda struktur bölmə Təminat departamenti adlanır.
İdarəetmə orqanları ilə iş departamentinin də adı dəyişib. Belə ki, Həsən Həşimzadənin direktoru olduğu departament hazırda Təşkilati departament adını daşıyır.
Aydın İsmayılovun direktoru olduğu Daxili nəzarət və monitorinq departamentinin adı hazırda Maliyyə monitorinqi xidməti adlanır.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı