Azərbaycan İdeyası

“Uşağın doğulmasına görə birdəfəlik müavinət təyinatı elektronlaşdırılıb”

Tarix:11-10-2019, 16:29
Baxış Sayı:194



"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən pensiya təyinatı avtomatlaşdırılıb. Nəticədə ölkəmizdə ilk proaktiv xidmət olaraq, pensiya hüququ yaranmış şəxs özü müraciət etmədən və sənəd təqdim edilmədən ona elektron qaydada pensiya təyin edilir. Bununla yanaşı, ilin sonuna kimi 10-a qədər müavinət və təqaüd üzrə təyinatın avtomatlaşdırılması nəzərdə tutulub. Onlardan biri də uşağın doğulmasına görə birdəfəlik müavinətin təyinatı artıq elektronlaşdırılıb".
Azadinform xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bu gün keçiriləm mətbuat konfransında deyib.
Qurum rəsmisi qeyd edib ki, uşağın doğulmasına görə birdəfəlik müavinət valideynlər işlədikləri halda onların iş yeri vasitəsilə ödənilir: "Hər iki valideyn işləmirsə, bu ödənişin alınması üçün müvafiq sənədlərlə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinə müraciət olunur. Həmin sənədlərin toplanması, təqdim edilməsi müəyyən çətinliklər, həm də vaxt itkisi yaradırdı. Ona görə də uşağın doğulmasına görə birdəfəlik müavinətin elektron qaydada təyinatı xidməti ilkin mərhələdə məhz hər iki valideyn işləmədiyi halda həmin valideynləri əhatə edəcək. Növbəti mərhələdə isə müvafiq hazırlıq işlərindən sonra bu e-xidmət işləyən valideynləri də əhatə edəcək".

OXŞAR XƏBƏRLƏR
Narkotik cinayətlərin sayı 12,4 % azaldı
Narkotik cinayətlərin sayı 12,4 % azaldı
Ötən il 11,5 ton narkotik vasitə müsadirə edilib
Ötən il 11,5 ton narkotik vasitə müsadirə edilib
Lənkəranda torpaq sürüşməsi - 7 kəndi birləşdirən yol dağıldı - FOTO
Lənkəranda torpaq sürüşməsi - 7 kəndi birləşdirən yol dağıldı - FOTO
Bakıya yağış, rayonlara qar yağıb - FAKTİKİ HAVA
Bakıya yağış, rayonlara qar yağıb - FAKTİKİ HAVA
Şəhid atası vəfat etdi - FOTO
Şəhid atası vəfat etdi - FOTO
Keçmiş müstəntiq Müşfiq Abbasov həbs edildi - YENİLƏNİB
Keçmiş müstəntiq Müşfiq Abbasov həbs edildi - YENİLƏNİB
Bakıda 7 evə girdilər - Sonda tutuldular
Bakıda 7 evə girdilər - Sonda tutuldular
Kəmaləddin Heydərovun iki müavini vəzifədən azad olundu
Kəmaləddin Heydərovun iki müavini vəzifədən azad olundu