Azərbaycan İdeyası

Nəvəsini qəyyumluğa götürüb, müavinət ala bilmir

Tarix:23-04-2019, 16:38
Baxış Sayı:344

Göyçay rayonu Heydər Əliyev prospekti 209 ünvanda qeydiyyatda olan və yaşayan Rəhimova Validə Mahmud qızı redaksiyamıza ərizə ilə müraciət edərək bildirir ki, gəlini Zühurova Xəyalıə Rafiq qızı 2012-ci ildə vəfat etmişdir. Oğlu İbrahimov Sadiq Bayram oğlu isə II qrup əlildir, əsəb və böyrək xəstəliyindən əziyyət çəkir. Odur ki, Validə xanım 2007-ci il təvəllüdlü nəvəsi İbrahimova Minə Sadiq qızını qəyyumluğa götürmüşdür. Bu barədə Göyçay İcra Hakimiyyəti başçısının 09 iyul 2012-ci il tarixli sərəncamı da var. Yazır ki, 2017-ci ilə qədər qəyyumluq təyinatı üzrə sosial müavinət almış, lakin sonra bu yardımın verilməsi dayandırılmışdır. Müavinətin bərbasına nail olmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Nazirliyin yerli qurumlarına dəfələrlə müraciət etsə də, ona heç bir köməklik göstərilməmişdir.
Qeyd edək ki, Minə İbrahimovanın 12 yaşı var. Yəni, hələ qayğıya ehtiyacı var.
Təbii ki, məsələ ilə bağlı Əməık və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən rəsmi cavab almağa çalışacağıq. Amma hələlik internet üzərindən araşdırma aparıb oxşar problemlə üzləşmiş başqa vətəndaşa Nazirlik tərəfindən necə izah verilməsi ilə tanış olduq:
”Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 4.0.1.9-cu maddəsinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət təyin edilməsi nəzərdə tutulub. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qəyyumluq 14 yaşınadək, himayəçilik isə 14 yaşından 18 yaşınadək olan uşaqlara müəyyən olunur. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.9-cu maddəsinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət qəyyum (himayəçi) təyin edilən şəxslərin “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ünvanlı dövlət sosial yardımı almaq hüququ olduqda təyin edilir.
Qəyyum aztəminatlı ailə olaraq ünvanlı dövlət sosial yardımı almaq üçün zəruri məlumatları elektron müraciət qaydasında təqdim edəcəyi təqdirdə ailəsinin bu yardımı almaq hüququna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən Vahid Elektron Müraciət və Təyinat Alt Sistemində (VEMTAS-da) baxılacaq. Qəyyumun ailəsinə aztəminatlı ailə kimi ünvanlı dövlət sosial yardımı təyin edildikdən sonra müvafiq sənədləri qeydiyyatda olduğu ərazi üzrə fondun rayon şöbəsinə müraciət etməklə qəyyumluğa görə sosial müavinət almaq hüququna qanunvericiliyə uyğun olaraq baxılacaq".

OXŞAR XƏBƏRLƏR
Sumqayıtda yeni tullantı sutəmizləyici qurğunun tikintisi üzrə kredit sazişi imzalanıb - FOTO
Sumqayıtda yeni tullantı sutəmizləyici qurğunun tikintisi üzrə kredit sazişi imzalanıb - FOTO
İİB sədri: "Azərbaycan regionda inkişaf impulsunu nümayiş etdirən mühüm nümunədir"
İİB sədri: "Azərbaycan regionda inkişaf impulsunu nümayiş etdirən mühüm nümunədir"
Prezident: "Azərbaycan texnoloji tərəqqinin insan amilinə xidmət etməsini dövlət siyasətinin əsas prinsiplərindən biri kimi qəbul edir"
Prezident: "Azərbaycan texnoloji tərəqqinin insan amilinə xidmət etməsini dövlət siyasətinin əsas prinsiplərindən biri kimi qəbul edir"
Səbinə Əliyeva: "Süni intellekt sistemləri insan ləyaqətinə hörmət prinsipləri ilə uzlaşdırılmalıdır"
Səbinə Əliyeva: "Süni intellekt sistemləri insan ləyaqətinə hörmət prinsipləri ilə uzlaşdırılmalıdır"
Hakan Fidan Rusiyada Ermənistanla münasibətlər barədə danışdı
Hakan Fidan Rusiyada Ermənistanla münasibətlər barədə danışdı
ABŞ və Fransa prezidentlərinin salamlaşması müzakirələrə səbəb oldu
ABŞ və Fransa prezidentlərinin salamlaşması müzakirələrə səbəb oldu
İlham Əliyev Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
İlham Əliyev Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
"Neftçi" Portuqaliya klubunun futbolçusunu transfer edir
"Neftçi" Portuqaliya klubunun futbolçusunu transfer edir