Azərbaycan İdeyası

Parlament seçkilərinə nöqtə qoyan “9-lar” – Onlar kimlərdi?..

Tarix:6-03-2020, 12:08
Baxış Sayı:197


Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2020-ci il fevralın 9-da Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrini dünən təsdiqlədi.

Qanunvericiliyə görə, qərardan sonra bir həftə müddətində yeni çağırış Milli Məclisin ilk iclası keçirilməlidir.

Konstitusiya Məhkəməsinin bu qərarı elan olunduğu gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz. Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir.

Maraqlıdır, Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrini təsdiqləyən və günlərdir mübahisələndirilən məsələyə nöqtə qoymuş Konstitusiya Məhkəməsinin tərkibinə daxil olan 9 nəfər kimlərdi?

AzToday.az Modern.az-a isdtinadən onlar haqda qısa bilgiləri təqdim edir.

9 nəfərdən ibarət Konstitusiya Məhkəməsinin hakimlərini prezidentin təqdimatı ilə Milli Məclis təsdiq edir. Daha sonra ölkə başçısı təyinatlarla bağlı fərmanlar imzalayır.

***

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev 1958-ci ildə Bakı şəhərində doğulub. Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Hüquq elmləri doktorudur.

Ali Məhkəmənin hakimi, Apellyasiya Məhkəməsinin sədr müavini olub.

2003-cü ildən Konstitusiya Məhkəməsinin sədridir.
Ona “Əməkdar hüquqşunas” fəxri adı verilib, “Şöhrət” ordeni və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918 – 2018)” yubiley medalı ilə təltif edilib.
Ailəlidir, iki övladı var

***

Konstitusiya Məhkəməsinin sədr müavini Sona Salmanova 1956-ci ildə Ermənistanın Spitak rayonunda doğulub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq fakültəsini bitirib. Hüquq üzrə fəlsəfə doktorudur.

1983-1998-ci illərdə Ali Məhkəmənin hakimi olub.

1998-ci ildən Konstitusiya Məhkəməsinin hakimi, 2005-ci ildən sədr müavinidir.
Ona «Əməkdar hüquqşünas» adı verilib, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918 – 2018)” yubiley medalı ilə təltif edilib.
Ailəlidir, iki övladı var.

***

Konstitusiya Məhkəməsinin hakimi Südabə Həsənova 1947-ci ildə Naxçıvan MR Şərur rayonunda doğulub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

1995-1998-ci illərdə Azərbaycanın Ədliyyə naziri və 1998-ci ilin dekabr ayından Məhkəmə-Hüquq Şurasının sədri, 2000-ci ilin 18 aprelindən 2005-ci ilin 19 aprelinə kimi Ali Məhkəmənin sədri olub.

2005-ci ildən Konstitusiya Məhkəməsinin hakimidir.

Ona “Əməkdar hüquqşünas” fəxri adı verilib, «Şöhrət» ordeni və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918 – 2018)” yubiley medalı ilə təltif edilib.

Ailəlidir, iki övladı var

***

Konstitusiya Məhkəməsinin hakimi Mahir Muradov 1956-cı ildə Bakı şəhərində doğulub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

004-cü ildən 2012-ci ilə qədər Bakının Nizami rayonunun prokuroru olub.

2012-ci ildən Konstitusiya Məhkəməsinin hakimidir.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918 – 2018)” yubiley medalı ilə təltif edilib.

Ailəlidir, üç övladı var.

***

Konstitusiya Məhkəməsinin hakimi Rövşən İsmayılov 1971-ci ildə Bakı şəhərində doğulub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Hüquq elmləri namizədi, dosentdir.

2006-2010-cu illərdə Mərkəzi Seçki Komissiyasının üzvü olub.

2010-cu ildən Konstitusiya Məhkəməsinin hakimidir.

Ona ” Əməkdar hüquqşunas” fəxri adı verilib, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı ilə təltif edilib.
Ailəlidir, iki övladı var.

***

Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev 1965-ci ildə Bakı şəhərində doğulub.

Bakı Dövlət Universitetinin hüquq fakültəsini və Odessa Milli Hüquq Akademiyasının aspiranturasını bitirib. Hüquq elmləri doktorudur.

2008-2010-cu illərdə Milli Məclis Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi müdirinin müavini olub.

2010-cu ildən Konstitusiya Məhkəməsinin hakimidir.
Ceyhun Qaracayev “Tərəqqi” medalı və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918 – 2018)” yubiley medalı ilə təltif edilib.

Ailəlidir. İki övladı var.

***

Konstitusiya Məhkəməsinin hakimi Rafael Qvaladze 1948-ci ildə Gürcüstanın Laqodexi şəhərində doğulub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Ali Məhkəmənin hakimi, şöbə rəisi olub. 2004-cü ildən 2012-ci ilə qədər Bakı şəhəri Nizami rayon prokuroru vəzifəsində çalışıb.

2012-ci ildən Konstitusiya Məhkəməsinin hakimidir.
“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918 – 2018)” yubiley medalı ilə təltif edilib.
Ailəlidir, üç övladı var.

***

Konstitusiya Məhkəməsinin hakimi İsa Nəcəfov 1952-ci ildə Naxçıvan MR Şərur rayonunun Oğlanqala kəndində doğulub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

1993-cü ildən 1995-ci ilədək Naxçıvan Muxtar Respublikasının prokuroru, 1995-ci ildən 2000-ci ilədək Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini vəzifələrində işləyib.

2002-ci ildən Konstitusiya Məhkəməsinin hakimidir.
“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı ilə təltif edilib.

Ailəlidir, iki övladı var.

***

Konstitusiya Məhkəməsinin hakimi Kamran Şəfiyev 1966-cı ildə Bakı şəhərində doğulub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

1998-2000-ci illərdə Mərkəzi Seçki Komissiyasının üzvü olub, 2008-2010-cu illərdə Milli Məclis Aparatının dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsində işləyib.

2010-cu ildən Konstitusiya Məhkəməsinin hakimidir.
“Tərəqqi” medalı və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı ilə təltif edilib.

Ailəlidir, iki övladı var.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HomeRenobib 25 may 2023 07:26
  Жалоба     
remodeling construction Brampton Canada
https://www.pinterest.ca/homerenostoronto/

at home renovations Richmond Hill Canada
bathtub restoration companies Ontario Canada
designer for renovation Vaughan Canada

bathroom rebuild Scarborough Canada

kitchen renewal Brampton Canada
renovation designer Toronto Canada
bathroom remodelling Etobicoke Canada

<a href=https://www.pinterest.ca/homerenostoronto>kitchen renewal Thornhill Canada</a>

property in need of renovation
renovation design Scarborough Canada
kitchen rehab Ajax Canada


#eZ5OKAYrV5acqAeL7
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO