Azərbaycan İdeyası

MSK-dan seçkilərlə bağlı yekun açıqlama

Tarix:16-11-2015, 10:27
Baxış Sayı:309

Bu həftə Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticələrinin yoxlayacaq və yekun vuracaq.
"Korrupsiya və Qanun" qəzeti APA-ya istinadən məlumatına görə, Seçki Məcəlləsiə əsasən, səsvermə günündən ən geci 20 gün keçənədək MSK seçkilərin nəticələrinin yoxlanılması və yekun vurulması prosesini başa çatdırmalıdır.
Milli Məclisə noyabrın 1-də keçirilmiş seçkilərlə əlaqədar bu müddət noyabrın 21-dək olan dövrü əhatə edir. Ötən müddət ərzində MSK və dairə seçki komissiyaları Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar dairələrdə seçkinin nəticələrinə ciddi təsir edən pozuntular aşkarlamayıb, şikayətlərlə əlaqədar lider namizədlərin statusunu dəyişdirəcək qərar verilməyib. Buna görə də seçkinin ilkin nəticələrinə əsasən, müəyyənləşən lider namizədlər deputat statusu qazanacaqlar.
Seçki Məcəlləsinə əsasən, MSK protokollar yoxlanıldıqdan sonra 24 saat müddətində seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edəcək. Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində Milli Məclisinə seçkilərin yekunlarının və nəticələrinin yoxlanılaraq təsdiq edilməsi prosesini başa çatdırmalıdır.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı