Azərbaycan İdeyası

Seçkilərin nəticələri təsdiq edildi - Yenilənib (FOTOLAR)

Tarix:24-11-2015, 11:08
Baxış Sayı:429

Seçkilərin nəticələri təsdiq edildi - Yenilənib (FOTOLAR)




2015-ci il noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının Konstitusiya Məhkəməsinə təqdim etdiyi sənədlərin yoxlanılması və seçkilərin yekunlarının təsdiqi ilə əlaqədar xüsusi konstitusiya icraatı üzrə məhkəmə iclası başlayıb.
Məhkəmənin Plenumunun xüsusi iclasını açıq elan edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki, Konstitusiya Məhkəməsinin bütün hakimləri iştirak etdiyi üçün plenum səlahiyyətlidir.
Hakim Kamran Şəfiyev Milli Məclisə seçkilərin keçirilməsinin və elan edilməsinin hüquqi əsaslarına dair məruzə ilə çıxış edib.
Konstitusiya Məhkəməsinin hakimi Rəfael Qvaladze MSK-nın Milli Məclisə keçirdiyi seçkilərin nəticələrinə dair təqdim etdiyi protokolun araşdırılması prosesi barədə məruzə edib.
Daha sonra MSK sədri Məzahir Pənahov seçkilərin hazırlıq və prosesin gedişi barədə məlumat verib. Bildirib ki, seçkilərin aşkarlığını təmin etmək üçün qanunla müəyyən edilən bütün addımlar atılıb.
Məhkəmə baxışı başa çatandan sonra Konstitusiya Məhkəməsi qərar qəbul etmək üçün fasiləyə ayrılıb.
Məşvərətdən sonra sədr Fərhad Abdullayev seçkilərin nəticələri ilə bağlı MSK-nın 18 noyabr 2015–ci il tarixli protokolunun təsdiq və rəsmən elan olunması üçün məhkəməyə təqdim edilmiş protokolun 18 komissiya üzvünün 17-si tərəfindən təsdiq olunduğunu, həmçinin ekspertlərin rəyinə görə, protokolun Azərbaycan Konstitusiyasının və Seçki Məcəlləsinin tələblərinə tam uyğunluğunun məhkəmə tərəfindən müəyyən edildiyini diqqətə çatdırıb

OXŞAR XƏBƏRLƏR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
İlham Əliyev Malavi Prezidentini təbrik edib
İlham Əliyev Malavi Prezidentini təbrik edib