Azərbaycan İdeyası

Uşağı övladlığa götürə biləcək nikahda olmayan şəxslərlə bağlı dəyişiklik I oxunuşda qəbul olunub

Tarix:12-02-2021, 16:55
Baxış Sayı:116


Uşağı övladlığa götürə biləcək nikahda olmayan şəxslərlə bağlı dəyişiklik I oxunuşda qəbul olunub
Milli Məclisin yaz sessiyasının bu gün keçirilən növbəti plenar iclasında Mülki Prosessual Məcəlləyə dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Korrupsiya-q.az “Report”un xəbərinə görə, bildirir ki, dəyişikliklə uşağı övladlığa götürə biləcək nikahda olmayan şəxslər - Azərbaycan vətəndaşı, habelə qohum olan, yəni bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları olan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ola biləcək. Onlar da uşağı övladlığa götürdükdə ərizəyə doğum haqqında şəhadətnamələrinin surətlərini əlavə etməlidirlər.
Hazırda ərizəyə uşaq nikahda olmayan şəxs tərəfindən övladlığa götürüldükdə övladlığa götürənin doğum haqqında şəhadətnaməsini surəti ərizəyə əlavə edilməlidir.
Digər bir dəyişikliklə isə təklif edilən dəyişikliyə əsasən, əcnəbi və vətəndaşlığı olmayan şəxs olan uşağın əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi haqqında ərizəyə Mülki Prosessual Məcəllənin 347.1.1-347.1.6-cı maddələrində göstərilən sənədlər, habelə uşağın qanuni nümayəndəsinin və vətəndaşı olduğu (daimi yaşadığı) dövlətin səlahiyyətli orqanının razılığı və göstərilən dövlətin qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqaviləyə əsasən tələb olunduqda, uşağın övladlığa götürülməyə razılığı əlavə olunacaq.

Məcəllənin 347.1.1-347.1.6-cı maddələrində göstərilən sənədlər aşağıdakılardır:

- uşaq nikahda olmayan şəxs (Azərbaycan Respublikasının vətəndaşı, habelə qohum (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları )olan əcnəbi və vətəndaşlığı olmayan şəxs) tərəfindən övladlığa götürüldükdə, övladlığa götürənin doğum haqqında şəhadətnaməsinin surəti;

- uşaq nikahda olan şəxslər (şəxs) tərəfindən övladlığa götürüldükdə-övladlığa götürənlərin (götürənin) nikah haqqında şəhadətnaməsinin surəti;

- uşaq ər-arvaddan biri tərəfindən övladlığa götürüldükdə-digərinin razılığı və ya ər-arvadın ailə münasibətlərinə xitam verməklə 1 ildən artıq müddətdə birgə yaşamadıqlarını təsdiq edən sənəd. Müvafiq sənədi ərizəyə əlavə etmək mümkün olmadıqda ərizədə həmin faktları təsdiq edən sübutlar göstərilməlidir;

- övladlığa götürənlərin (götürənin) səhhətinin vəziyyəti barədə tibbi rəy;

- övladlığa götürənlərin (götürənin) tutduğu vəzifə və əmək haqqı barədə iş yerindən arayış və ya gəlirlər haqqında digər sənəd;

- yaşayış yerindən istifadə etmək hüququnu və ya yaşayış yerinə mülkiyyət hüququnu təsdiq edən sənəd.

Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
webcams putas 26 fevral 2021 23:30
  Жалоба     
https://666.porn https://666.porn/64386/webcams-latinas-teens-putas-y-locas
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür
8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür
Muzdla çalışanlar və orta aylıq nominal əməkhaqqı
Muzdla çalışanlar və orta aylıq nominal əməkhaqqı
İqtisadi fəal, məşğul, işsiz əhali
İqtisadi fəal, məşğul, işsiz əhali
Yeni açılmış iş yerləri
Yeni açılmış iş yerləri
Əhaliyyə göstərilən ödənişli xidmətlərin həcmi
Əhaliyyə göstərilən ödənişli xidmətlərin həcmi
Əsaslı tikinti
Əsaslı tikinti
Sənaye
Sənaye