Azərbaycan İdeyası

Azərbaycanda gömrük müsibəti... 06.02.15 | 10:28 | Xəbər 944 dəfə oxunub

Tarix:6-02-2015, 11:19
Baxış Sayı:0

Samur sərhəd-keçid məntəqəsində vətəndaşlara zülm edilir. Bu məşəqqəti sözlə ifadə etmək belə çətindir. Yüzlərlə insan qışın sazağında, açıq havada, əlində ağır yüklər burada saxlanılır. Saatlarla çəkən növbədə yükü olmayanlar da eyni əzabı yaşamağa məhkum olunur... “Qafqazinfo” xəbər verir ki, “Yeni Müsavat” qəzeti sərhəd keçid məntəqəsində baş verən problemlər haqda məqalə hazırlayıb. Həmin yazını təqdim edirik:


Bir neçə gün öncə Dərbənddən qayıdarkən Azərbaycan sərhədində üzləşdiyimiz bu dəhşətli mənzərənin açar cavabı var - rüşvət, monopoliya. Dərbənddən rus sərhədinə bir saatlıq yol gəlib, sərhədi təxminən 10-15 dəqiqəyə keçdik. Bu sevincimiz isə doğma yurdumuza ayaq basana qədər çəkdi. Çünki bizi SDK müsibəti gözləyirdi.

Əslində Azərbaycanın gömrük sistemindəki rüsvayçılıqlar, rəzil hallar haqda hər gün eşidirik. Ölkənin adını beynəlxalq təşkilatların əndrəbadi siyahılarına salan qurumlardan biri də məhz Dövlət Gömrük Komitəsidir.

Azərbaycanın sərhəd qapılarına ayaq basan əcnəbilər gömrükdəki qanunsuzluqlardan, rüşvətxorluqdan, gömrükçülərin kobud davranışlarından şikayətlənir. Xaricə üz tutan vətəndaşlarımız isə adətən Gürcüstanla müqayisə aparıb, Azərbaycan gömrüyündəki korrupsiya bataqlığından, bürokratik əngəllərdən, saatlarla növbələrdən, biabırçılıqdan danışırlar.

***

...Rusiyada rublun dəyərdən düşməsi ərzaq məhsullarını su qiymətinə endirib. İndi şimal bölgəsində yaşayan azərbaycanlılar evinə bazarlıq etmək üçün ən yaxın şəhər olan Dərbəndə gedir. Kimisi həftəlik, kimisi aylıq bazarlığını edib geri qayıdır.

Rus bazarlarında ət, yağ, qənd, kolbasa, pendir və digər gündəlik tələbat malları çox ucuzdur. Təqribən, Azərbaycanda bir həftəlik bazarlıq 40-50 manatdırsa, daha çox qida almaqla bu xərc 20-25 manata başa gələ bilər. Ona görə də azərbaycanlıların kütləvi şəkildə axını müşahidə olunur. Amma Azərbaycan tərəfi artıq məhdudiyyətlər qoymağa başlayıb.

Dünənə kimi 50 kiloqram yük keçirmək olurdusa, indi bu göstərici 10 kiloya endirilib. Vətəndaşlar bundan artıq məhsul daşıya bilməz. Gömrük inhisarçılara görə bu qaydanı tətbiq edib ki, kimsə satış məqsədi ilə ərzaq məhsulu keçirə bilməsin. Məntəqədə tərəzi qoyub bir-bir yükləri çəkirlər.

Əgər 10 kilodan artıqdırsa, rüsumun qiyməti kəllə-çarxa qalxır. Məsələn, bir neçə banka mürəbbəyə görə azərbaycanlılardan birinin yükünü 100 kilodan artıq yazıb, 120 manat rüşvət almışdılar. Bu pulu verməsəydi aldıqları ya gömrükçülərə qalacaqdı, ya da tullayacaqdı. Kolbasa keçirmək isə təxminən silah-sursat keçirmək kimi bir işdir.

Bir-iki kolbasa aparanlar məcbur olub, yolda onu doğrayıb sonra selofana qoyurlar. Gömrükdə 2 kq kolbasanın da satış məqsədi ilə aparıldığını iddia edirlər.

Amma Azərbaycandan Rusiya istiqamətinə ərzaq məhsulu aparanda qonşu ölkənin gömrüyü hər hansı problem yaratmır.

Bizim SDK-da isə yük maşınında meyvə aparan sürücülərin başına daha çox oyun açılır. Onların maşınları açılır, bir saatdan artıq mal açıq qalanda zay olur deyə, plomb vurmaq üçün rüşvət verilir. Sürücülər deyirlər ki, Rusiyaya meyvə-tərəvəz daşıyan ticarətçilər hər dəfə eyni əngəllərlə üzləşir. Sahibkarlara isə qan uddurulur. Tikinti materialları gətirən iş adamlarından fantastik məbləğdə qeyri-rəsmi rüsum alınır.

***

Məntəqədə ərzaq məhsulları keçirən vətəndaşlarla “katorqa”ya aparılan dustaqla olduğu kimi davranılır. Sanki gestapo rejimidir və sürgünə göndərilənlər bir yerə toplanıb. Saatlarla növbə, basabas, bir-birinin üstünə çıxan adamlar, hay-həşir, qışqırıq... Gömrükçülərin gözü qarşısında baş verən bu hadisələrə heç bir reaksiya verilmir.

Bizim yükümüz olmasa da, sərhədçi heç bir fərqi olmadığını deyərək piyadalar üçün nəzərdə tutulmuş yoldan buraxmadı. Həmin yolu bağlayıb, yüksüz sərnişinləri də alverçilərlə bir yerdə saxlayırlar. Təxminən 2 saatdan çox vaxt ərzində ayaqüstə dayanıb hissə-hissə vətəndaşların buraxılmasını gözləmişik. Yaşlı, xəstə, körpəsi olanları belə nəzərə almırlar.

Yalnız bir uşaqlı qadın uzun çağırışlardan, etirazlardan sonra yüksüz adamların keçməsi üçün nəzərdə tutulan xətdən buraxıldı. Vətəndaşlar yaranmış bu sıxlığa etiraz olaraq gömrükçüləri çağırdılar. Gömrük əməkdaşı isə kobud şəkildə “hamınız gözləyin” deyərək çıxıb getdi.

“Əşyalarımıza görə çox incidirlər. Qadınlarımız, uşaqlarımız oturub kafedə, gözləyirik. Bizimkilər çox incidir, ruslar da. Konfet-şokolad almışam. Öz vətənimdə bahadır, ala bilmirəm, gedib Rusiyadan alıb gətirmişəm. Qoymurlar. Deyirlər ki, çox aparma” - deyə, Nazim Əzimov bildirir.

Onun sözlərinə görə, qəsdən belə sistem yaradılıb: “Tərəzi qoyub çəkirlər ki, birdən alver məqsədilə apararam. Hamısı monopoliyaya görədir. Bunların əlindən heç nə keçirmək olmur. Ən yaxşısı Gömrük İttifaqına daxil olmaqdır. Bəlkə kəndçiyə, fermerə, yetim-yesirə bir az köməyi ola. Çünki rus əbədi qonşudur, bunlar da rüşvətxordur. Gərək pasportun içinə 100 rubl qoyub keçəsən, bizimkilər də yırtıcıdır. Rus heç olmasa az pul alır. Azərbaycan tərəfi həm boğaza yığır, həm səni saatlarla saxlayır, axırda da tərəziyə qoyub rüşvətini alır”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO