Azərbaycan İdeyası

Lazımsız vaxt itkisi, uzun növbələr... - Sərhəd buraxılış məntəqəsində PROBLEM

Tarix:3-09-2019, 14:45
Baxış Sayı:159



“Sərhəd buraxılış məntəqəsində DGK və DSX arasındakı münasibətlər yenidən nəzərdən keçirilib, tənzimlənməlidir”.

Korrupsiya-q.az Redaktor.az -a istinadla xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, texnologiya üzrə ekspert Osman Gündüz qeyd edib.
Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsi (DGK) və Dövlət Sərhəd Xidməti (DSX) arasında olan problemlər hələ də öz həllini tapmayıb:
“Ötən gün Dövlət Gömrük Komitəsində ölkədə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın sərhəddə ticarət indikatoru üzrə işçi qrupunun görüşü keçirilib. Görüşdə gömrük generalları, İqtisadiyyat, Vergilər, Ədliyyə nazirlikləri, Qida Təhlükəsizliyi Agentliyi və s. qurumların nümayəndələri iştirak edib. Qəribədir ki, iştirakçılar arasında Dövlət Sərhəd Xidmətinin adına rast gəlmədim. Müşahidələr də göstərir ki, hazırda gömrük-sərhəd buraxılış məntəqələrində əsas problem Dövlət Gömrük Komitəsi (DGK) və Dövlət Sərhəd Xidməti (DSX) arasında olan münasibətlər və bu qurumların qanunvericiliyin icazə verdiyi səviyyədəki paralel yoxlamalarıdır. DGK və DSX generalları dəfələrlə görüşsələr də, bu problem öz həllini tapmayıb”.
Hazırda real durum belədir ki, sərhəddə iki pəncərə, DGK və DSX pəncərələri var və bütün gömrük-sərhəd proseduraları paralel olaraq hər ikisində aparılır:
“Əlavə, lazımsız proseduralar mövcuddur. Bir neçə yerdə pasport yoxlamaları var. Nəticədə isə insanlar saatlarla gözləməli olurlar, lazımsız vaxt itkisi və uzun növbələr yaranır. Son zamanlar gömrük sistemində bir xeyli müsbət dəyişikliklər baş verib. Sərhəd-buraxılış məntəqələrində keçid prosesinin sürətləndirilməsi, şəffaflığın təmin edilməsi üçün gömrük proseduralarının sadələşdirilməsi üçün müəyyən addımlar atılıb”.
Osman Gündüzün fikrincə, indiki məqamda daha ciddi uğurların əldə edilməsi üçün ilk növbədə, iki əsas problem öz həllini tapmalıdır:
“1. Sərhəd buraxılış məntəqəsində DGK və DSX arasındakı münasibətlər yenidən nəzərdən keçirilib, tənzimlənməlidir. Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə daha yaxşı nəticələr əldə etmək istəyiriksə, onda bu iki qurum arasında yoxlamalardakı paralelçiliklər aradan qaldırılmalıdır.
2. Gömrük Məcəlləsi yenidən işlənməli və gömrük tariflərinə yenidən baxılmalıdır. DGK Gömrük Məcəlləsinin yenilənməsi ilə bağlı 2 il olardı ki, işlər aparırdı, bir xeyli görüşlər keçirib, təkliflər hazırlanmışdı. Amma bu məsələ hələ də öz həllini tapmayıb. Qonşu ölkələrlə müqayisədə gömrük rüsumlarında, məsələn avtomobillərə qoyulan və heç bir izahı olmayan rüsumlara yenidən baxılmalıdır”.

Lazımsız vaxt itkisi, uzun növbələr... - Sərhəd buraxılış məntəqəsində PROBLEM

OXŞAR XƏBƏRLƏR
Talıbovun oğlunun həbsinə hazırlıq gedir? – Yeni skandalın DETALLARI
Talıbovun oğlunun həbsinə hazırlıq gedir? – Yeni skandalın DETALLARI
Sabunçu məhkəməsinin qərarı 10 ildir icra olunmur
Sabunçu məhkəməsinin qərarı 10 ildir icra olunmur
Dələduz ərindən boşandı, öz günahlarından ki boşanmayıb
Dələduz ərindən boşandı, öz günahlarından ki boşanmayıb
Məhkəmə-Hüquq Şurasının sədri cənan İnam Kərimova
Məhkəmə-Hüquq Şurasının sədri cənan İnam Kərimova
Hardasan, ay Polad Həşimov? – Qəbələdə hərbçi ailəsini hərbi şəhərcikdəki evindən qovurlar
Hardasan, ay Polad Həşimov? – Qəbələdə hərbçi ailəsini hərbi şəhərcikdəki evindən qovurlar
Azərbaycanda suyun qiyməti bu cür olacaq – 20 kubdan yuxarı….
Azərbaycanda suyun qiyməti bu cür olacaq – 20 kubdan yuxarı….
TƏBİB-in sədr əvəzi kimdir?
TƏBİB-in sədr əvəzi kimdir?
Vüqar Qurbanovdan ilk - Açıqlama
Vüqar Qurbanovdan ilk - Açıqlama