Azərbaycan İdeyası

Həbs edilmiş MTN əməkdaşları Bakı İstintaq Təcridxanasına aparılacaq

Tarix:20-10-2015, 15:40
Baxış Sayı:691

Barələrində həbs qətimkan tədbiri seçilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) əməkdaşlarının saxlanıldığı yer məlum olub.
“Korrupsiya Qanun” qəzetinin əldə etdiyi məlumata görə, həbs edilmiş 10-dək MTN-çi hazırda Nərimanov Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Təcridxanasındadır.
Onlar bu gün 1 saylı Bakı İstintaq Təcridxanasına aparılacaq.
Sayt MTN-çilər barəsində həbs qətimkan tədbirini seçən hakimin adını da öyrənib. Bu şəxs Səbayel Rayon Məhkəməsinin hakimi Rauf Əhmədovdur. R.Əhmədov 2013-cü ildə Prezident Administrasiyasının İşlər İdarəsinin keçmiş müdiri Akif Muradverdiyev barəsində də həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib.
Xatırladaq ki, tutulan 10-dək MTN əməkdaşı barəsində Respublika Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 302-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO