Azərbaycan İdeyası

Həbs edilən general qadın kimdir?

Tarix:20-10-2015, 10:43
Baxış Sayı:486

Xəbər verdiyimiz kimi, dünən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) 10-dək əməkdaşı haqqında Səbail rayon məhkəməsində qərar çıxarılıb. Məhkəmə qərarına əsasən onlar barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib "Korrupsiya və Qanun" qəzetinin aldığı xəbərə istinadən Femida.az-ın məlumatına görə, həbs edilənlər arasında general-mayor rütbəsi daşıyan qadın da var. O, MTN-in Əməliyyat-texniki İdarəsinin rəisi general-mayor Mürvətova Natəvan Mürsəl qızıdır.
"Korrupsiya və Qanun" qəzetinin aldığı məlumata görə Femida.az ilk qadın general haqqında qısa xatırlatmanı təqdim edir.
Mürvətova Natəvan Mürsəl qızı Azərbaycan tarixində ilk dəfə olaraq general-mayor hərbi rütbəsi ilə təltif olunan qadındır. O, Prezident İlham Əliyevin 2009-cu il, 28 mart tarixli sərəncamı ilə bu rütbəyə yüksəlib.
Natəvan Mürvətova 2013-cü ilin martın 28-də “Vətən uğrunda” medalı ilə təltif olunub.
İlkin məlumata görə, onun barəsində Respublika Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 302-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı