Azərbaycan İdeyası

MTN zabitlərinin həbsinin yeni təfərrüatları - YENİLƏNİB

Tarix:20-10-2015, 12:08
Baxış Sayı:482

Onlar barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində (MTN) aşkarlanmış qanun pozuntuları ilə bağlı cinayət işi başlanılıb.
"Korrupsiya və Qanun" qəetinə istinadən Oxu.Az xəbər verir ki, hökumətdəki mənbələrdən APA-ya məlum olub ki, faktla bağlı Xüsusi Dövlət Mühafizə Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.
İstintaq qrupuna baş prokurorun birinci müavini Rüstəm Usubov rəhbərlik edir.
İstintaqın gedişində MTN-nin bir neçə yüksək rütbəli əməkdaşının saxlanıldığı da bildirilir. Onlardan bir neçəsi barədə Səbayil rayon Məhkəməsi tərəfindən artıq həbs qətimkan tədbiri seçilib.
Mənbə onu da qeyd edib ki, həbs olunanlar Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunurlar.
Araşdırmalar nəticəsində onların əməllərində müxtəlif cinayət tərkibi aşkar edilib. Bunlara sahibkarlardan "haqq tələb edilməsi", onların yersiz incidilməsi, MTN-nin səlahiyyətinə daxil olmayan yoxlamalar aparılması, istintaqa cəlb olunmaları və digər əməllər daxildir.
Sabiq nazir Eldar Mahmudovun saxlanması barədə məlumat isə təsdiqlənmir.
Məlumata görə, sahibkarlardan daxil olmuş şikayətlər prezident İlham Əliyevin xüsusi tapşırığı ilə Prezident Administrasiyasında araşdırılıb. Araşdırma nəticəsində bəlli olub ki, sahibkarların şikayətçi olduqları qurumlar arasında ilk yeri Milli Təhlükəsizlik Nazirliyi tutur.
Xatırladaq ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq-mühafizə orqanlarının sahibkarlara problemlər yaratması, bəzi hallarda onlardan pul tələb etməsi, sahibkarların boğulması, soyulması, incidilməsi barədə danışaraq, bütün qurumlara bu halların aradan qaldırılması barədə son xəbərdarlıq etmişdi.
Bu gün Səbail Rayon Məhkəməsində Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin 10-dək əməkdaşı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
"Korrupsiya və Qanun" qəzetinin məlumatına görə Oxu.Az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, onlar barəsində Respublika Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 302-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb.
Haqqında həbs qətimkan tədbiri seçilən şəxslərin hamısının adı bəlli deyil. “Report” onlardan üç nəfərinin adını əldə edib.
Bunlar MTN-in Aparat rəhbəri Fərhad Atayev, nazirliyin Monitorinq Mərkəzinin əməkdaşı Natəvan Məmmədova və polkovnik Füzuli Ələsgərzadədir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı