Azərbaycan İdeyası

Təbii və ziyansız AĞCAQANAD DƏRMANI

Tarix:4-07-2016, 22:34
Baxış Sayı:1 267

Təbii və ziyansız AĞCAQANAD DƏRMANI
Yayda əsas problemlərdən biri ağcaqanadlardır. Qaynarinfo.az saglamolun.az-a istinadən bildirir ki, bu problemi həll etmək üçün biz adətən müxtəlif "ağcaqanad dərman"larından istifadə edirik.

Lakin bu "dərman"ların tərkibində olan kimyəvi maddələr insan sağlamlığı üçün ziyanlıdır - sinir sisteminə mənfi təsir edir (xüsusilə bu uşaqlara aiddir), allergik reaksiyalara səbəb olur və s.

Sizə ağcaqanadlarla mübarizə aparmaq üçün bəzi ziyansız təbii vasitələri təqdim edirik.

Elmi eksperimentlər göstərib ki, reyhan və lavanda bitkilərinin qoxusu ağcaqanadları qovur. Ağcaqanadlardan qurtulmaq üçün bu bitkilərin efir yağlarından istifadə edin.

Həmçinin bu yağların qoxusu insanda stressi, depressiyanı azaldır, əhval-ruhiyyəni yaxşılaşdırır, yuxusuzluğu müalicə edir.
Aromalampaya 2-3 damcı lavanda və ya reyhan efir yağını damızdırın (eyni zamanda hər iki yağdan da istifadə edə bilərsiniz). Aromalampa olmadıqda, bir neçə damcı yağı pambığa damızdırıb otaqda saxlayın. Qoxu ağcaqanadları tez qovacaq və sağlamlığınıza nəinki ziyanlı təsir etməyəcək, əksinə müalicəvi təsir göstərəcək. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür
8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür
Muzdla çalışanlar və orta aylıq nominal əməkhaqqı
Muzdla çalışanlar və orta aylıq nominal əməkhaqqı
İqtisadi fəal, məşğul, işsiz əhali
İqtisadi fəal, məşğul, işsiz əhali
Yeni açılmış iş yerləri
Yeni açılmış iş yerləri
Əhaliyyə göstərilən ödənişli xidmətlərin həcmi
Əhaliyyə göstərilən ödənişli xidmətlərin həcmi
Əsaslı tikinti
Əsaslı tikinti
Sənaye
Sənaye