Azərbaycan İdeyası

Xalq artisti: “Dərmanların qiyməti artıb, onları almaqda çətinlik çəkirəm” - ÖZƏL

Tarix:22-05-2020, 13:50
Baxış Sayı:98


“Səhhətimlə əlaqəli həm özüm, həm də oğlum Kazım mütəmadi dərman qəbul etməliyik. Sağlamlığım həmin dərmanlardan asılıdır. Amma son günlərdə apteklərdə qəbul etdiyimiz dərmanların qiyməti artıb. Onları almaqda çətinlik çəkirəm”.
Bu sözləri Oxu.Az-ın əməkdaşı ilə söhbətində Xalq artisti Könül Xasıyeva dərmanların qiymətinin süni şəkildə artırılmasından şikayətlənərkən deyib.
Efirə gec-gec çıxan xanəndə ata yurdu və hazırda yaşadığı Şəki şəhərindəki evini hələ də sata bilmədiyini söyləyib:
“İki aydan çoxdur ki, anamın yanında - Şəkidəyəm. Qaldığımız evə hələ də müştəri tapa bilmirəm. Bu gün yenidən daşınmaz əmlak saytında evimi 100 min manata satışa çıxarmaqla bağlı elan yerləşdirmişəm.
Altı sot ərazidə birmərtəbəli, dörd otaqdan ibarət təmirli və işıqlı evdir. İstəyirəm ki, buranı satıb Bakıda xudmani bir bağ evi tikdirim”.




OXŞAR XƏBƏRLƏR
İranın yeni ali rəhbəri​ kimdir? - DOSYE
İranın yeni ali rəhbəri​ kimdir? - DOSYE
İlham Əliyev qanun imzaladı
İlham Əliyev qanun imzaladı
38 nəfər saxlanıldı
38 nəfər saxlanıldı
Bu tarixdə qısa iş günü OLACAQ
Bu tarixdə qısa iş günü OLACAQ
Bu gün Yel çərşənbəsidir
Bu gün Yel çərşənbəsidir
Kredit borcu olanların NƏZƏRİNƏ
Kredit borcu olanların NƏZƏRİNƏ
Azərbaycan nefti rekord həddə bahalaşdı - SON QİYMƏT
Azərbaycan nefti rekord həddə bahalaşdı - SON QİYMƏT
Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix açıqlandı
Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix açıqlandı