Azərbaycan İdeyası

Xalq artistinin Şuşada şəhid olan zabit oğlu

Tarix:27-11-2020, 15:26
Baxış Sayı:64


Azərbaycanın xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Əli Nurun oğlunun şəhid olması xəbərini eşidən kimi hörmətli sənətkarımızla telefonla danışdıq, başsağlığı diləklərimizi çatdırdıq, qarşılıqlı olaraq, bir-birimizə “Vətən sağ olsun!” dedik. Sonra şəhidin evini ziyarət etdik. Ziyarət əsnasında Rövşən Əli oğlu Nurzadənin haqqında yeni bilgilərlə tanış olduq.
Bildik ki, Rövşən qardaşımız hələ 9-cu sinifdə oxuyarkən evdən qaçıb I Qarabağ müharibəsinə gedibmiş; onu ön cəbhədə xidmət edən bir mayor geri qaytarıb, özü şəxsən evlərinədək gətirib...
Hələ uşaqkən qaçıb cəbhəyə getmiş Rövşənin II Qarabağ müharibəsinin şəhidi olmasınadək keçən şüurlu ömür yolunun əsaslarına, onun böyüdüyü ailədə hökm sürmüş vətənpərvər mühitə diqqət çəkmək istərdim. Bununçün uzağa getməyə, əlavə faktlar cəlb etməyə xüsusi ehtiyac duymuram – istinadgahım şəhidin atası Əli Nurun canlandırdığı obrazlar, səhnəmizə daşıdığı qəhrəmanlıqlar və qəhrəmanlardır.
Əlbəttə, hər hansı sənətkar yalnız müsbət obrazlar canlandırmağa borclu deyil, mənfi obrazlar da aktyorlar tərəfindən canlandırılmalıdır; burada əsas məsələ sənətkarlıqdır, obrazı haqq etdiyi şəkildə təqdim etməkdir. Belədə qəhrəman sənətkarın özü olur. Necə deyərlər “Ən vətənpərvər insan öz işini yaxşı görən insandır”...
Bununla belə, Əli Nurun oynadığı Şıxlinski (“Bütün Şərq bilsin”), Oqtay Eloğlu (“Oqtay Eloğlu”), Nizami Gəncəvi (“Atabəylər”), Nəsimi (“Fəryad”), M.F.Axundov (“Mənsiz dünya”) və b. rollar, habelə “Qaçaq Süleyman” teletamaşasındakı Qaçaq Süleyman, “Güllələnmiş heykəllər” filmindəki Nəvvab rolu, onun çoxsaylı tamaşaçıları ilə yanaşı, öz övladına da təsirsiz ötüşməyib. Sənətin estetik dəyərləri ilə ötürülən enerji, ata-anasının tərbiyəsi, məktəbdə qazandıqları ilə birgə Rövşənin övlad dünyasını, gənclik və vətəndaşlıq dünyasını formalaşdırıb.
Hələ uşaq yaşlarından Vətənə bağlı böyümüş Rövşən Nurzadə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Lakin... “Lakin oğlum dedi, ata, mən hərbçi olmaq istəyirəm. Hərbi Akademiyanı oxudu və getdi Qarabağa. Ağdamda “N” saylı Hərbi hissədə zabit kimi çalışdı. Sonra ehtiyata buraxıldı. Azərbaycan Böyük Vətən müharibəsi başlayan kimi gedib ərizə verib və yollanıb cəbhəyə. Heç bizim xəbərimiz olmayıb. Ordan bizə zəng edirdi ki, Zəngilandayam, Qubadlıdayam... Axırıncı dəfə Şuşada döyüşüb və orada da şəhid olub”.
Əli müəllim oğlunun hərbi xidmət yolunu qısaca belə özətləyir.

Bir oğul itirmiş ata kimi nə qədər kədərli olsa da, Şəhid atası olaraq qürurludur sənətkar! Biz əbədi ayrılığın verdiyi qəhər və kövrəklik fonundakı o qüruru, fəxarəti aydın gördük.

İki oğul övladını bizlərə əmanət qoyub gedən şəhid Rövşən Nurzadə kimi oğullarla yalnız onun atası, ailəsi, doğmaları fəxr etmir, bu fəxarət, qürur onun məktəb dostlarına, döyüş yoldaşlarına, onu getdikcə daha yaxından tanıyacaq bütün xalqımıza aiddir.

Ustad demiş, “Qəhrəmanlar can verir, Yurdu yaşatmaq üçün!..”

Yurdumuz, dövlətimiz, Bayrağımız var olsun!

Şəhidlərimizin ruhuna ehtiramımız əbədidir!

Qənirə Paşayeva,

Milli Məclisin Mədəniyyət komitəsinin sədri
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO