Azərbaycan İdeyası

AĞCABƏDIDƏ JURNALISTLƏRIN ŞƏHID AILƏLƏRI ILƏ TƏMASINA IMKAN VERILMIR

Tarix:25-02-2020, 09:51
Baxış Sayı:244

Keçən ilin sonuna yaxın, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ağcabədi rayonunda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin bir qrupuna yaşayış evləri təqdim edilib. Rayonun Yuxarı Qiyaməddinli, Aran, Şahsevən, Təzəkənd, Kürdlər, Hacıbədəlli kəndlərində keçirilən mərasimlərdə çıxış edənlər ölkəmizdə Qarabağ müharibəsi veteranlarının, əlillərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində görülən tədbirlərdən danışmışdılar. Bildirilirdi ki, respublikamızın hər yerində olduğu kimi, Ağcabədi rayonunda da Qarabağ müharibəsi əlilləri və şəhid ailələri hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Bu kateqoriyadan olan insanlar üçün indiyədək rayonda 16, 24 və 36 mənzilli yaşayış binaları, həmçinin 35 fərdi ev istifadəyə verilib. 2019-cu ildə isə rayonda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 20 fərdi ev inşa edilib.
Yeni fərdi yaşayış evi ilə təmin olunan müharibə əlilləri və şəhid ailələrinin üzvləri onların sosial müdafiəsinin gücləndirilməsinə göstərilən yüksək diqqət və qayğıya, bayram ərəfəsində yeni mənzillə təmin olunmalarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Amma deyəsən Ağcabədidə həssas kateqoriyadan olan vətəndaşların heç də hamısı öz vəziyyətlərindən razı deyillər. Rayon rəhbərliyində təmsil olunan üksək vəzifəli şəxsin şəhid ailələri üzvlərinin jurnalistlərlə təmasından narahat olması belə düşünməyə əsas verir.
Ağcabədi Rayon İcra Hakimiyətinin başçısının birinci müavini Rövşən müəllim şəhid ailələri üzvlərinin dəvəti ilə rayona ezamiyyətə gedən əməkdaşımızın çəkiliş aparmaq niyyətinin baş tutmaması üçün maneçilik törətmişdir. Əməkdaşımız bu barədə şəhidlərin yaxınlarına məlumat verdikdə, onlardan biri etiraz əlaməti olaraq Rövşən müəllimin sürücüsünə telefonla zəng etmiş, iradlarını birinci müavinə çatdırmağını xahiş etmişdir.
Əməkdaşımız xəbər verir ki, Rövşən müəllim şəhid ailəsinin natamam çəkilişlərdə iştirak etmiş üzvünü - şəhidin qardaşını İcra Hakimiyyətinə gətizdirərək ona təzyiqlər etmiş, guya səsinin yazıldığını bildirərək məsuliyyətə cəlb olunacağı ilə hədələmişdir.
İrəliləyən saylarımızda Rövşən müəllimi rayondakı şəhid ailələrinin jurnalistlərlə təmas qurmasına mane olmağa sövq edən səbəblərdən yazacağıq.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı