MANAF AĞAYEVİN QIZINDAN AYRILAN KÜRƏKƏNİNİN AİLƏ MƏSƏLƏSİNİ İCTİMAİLƏŞDİRMƏSİ HİDDƏTLƏ QARŞILANIB


Təqdir olunan Azərbaycan kişisi bir çox gözəl xüsusiyyətlərə malikdir. Bu sırada birinci yerdə fövqəladə şəfqət hissi gedir. Bu ölkədə xeyriyyəçiliyə ümid etməyə dəyər. Cərrahiyə əməliyyatına pul hamılıqla yığılır, özü də bir qayda olaraq, heç bir sənəd və həkim arayışı yoxlanılmadan. Dilənçilərə səxavətlə pul verirlər, hətta dilənçi ona pul uzadandan daha yaxşı geyimdə olanda belə. Özünüzü küçədə pis hiss edib yıxılsanız, sizə kömək edəcəklər.
Böyüklərə hörmət var. Düzdür, hamı doğma və yad ahıllara anlayış, qayğı göstərmir. Amma ictimai təfəkkürdə keçilməsi mümkün olmayan bir hədd var – misal üçün, gənc insan yaşlıya münasibətdə söyüş işlədərsə, bu, insanlarda ona qarşı hədsiz böyük ikrah hissi oyadar. Elə buna görə də belə hallar çox nadir hallarda baş verir.
Qonaqpərvərlik Qafqaz ölkəsi üçün çox adi və təəccüb doğurmayan bir cəhətdir. Bizdə qonaqdan çay içib-içməyəcəyini xəbər almırlar. Çay mütləqdir, əgər qonaq tələsmirsə, qalan şeylər də süfrəyə gələcək.
Qadınlara qarşı diqqətli münasibət də kişiyə verilən əsas tələblərdən biridir və birincisidir desək, yanılmarıq. Beş kişi və bir gənc qız lifti gözləyirlər. Lift gəlir. Kişilər utancaqlıqla başlarını çevirir, qız liftə tək minib, gedir. Onlar onu pərt etmək və qorxutmaq istəmirlər.
Lakin, bir çox “kişilər” qadınla yolları ayrıldıqdan sonra mentalitetimizin kişiyə verdiyi bəzi tələbləri unudurlar. Xəyanət üstündə ayrılan qadınları daha çox qınayırlar. Hesab edilir ki, kişi orqanizmi bu rəngarəngliyə alışıb və belə də olmalıdır. Bu, norma və qaydadır. Yəni kişinin xəyanəti mentalitet hesab olunur. Boşananda da qadın daha çox uduzur. Boşanmış qadın namusu ilə yaşamaq istəsə belə, ona bu imkanı vermir bizim cəmiyyət.
Ekspertlər hesab edirlər ki, hazırda boşanmaların başlıca səbəbi qızların öz hüquqlarını bilməsidir. İndi qızlarımz özlərinə hörmət, tələb edirlər, istəklərinin nəzərə alınmasını istəyirlər.
Boşanmalara səbəb ailələrin maddi durumu, ailədaxili zorakılıq, valideynlərin ailə münasibətlərinə yerli-yersiz müdaxiləsi, kişinin alkoqol və ya narkotik aludəçiliyi, qadınların və kişilərin ailə dəyərlərinə sığmayan xəyanətləri və s. kimi səbəblər göstərilsə də, bir çox hallarda əsl səbəblər gizlədilir və ya gizlədilməyə çalışılır. Ayrılma proseslərində ən çox usaqlar zərər görür..
Azərbaycan müsəlmanları içində boşanmaq haqqında müxtəlif anlayışlar vardır. Heç şübhəsiz ki, bizim dini və mədəni həyatımızda boşanmaq lap dədə-baba dövrümüzdən bəyənilməyən bir əməl kimi qəbul edilmişdir. İslam dini bir əsl olaraq boşanmanı xoş hal olaraq qəbul etmir, lakin bəşəriyyətin ehtiyaclarını nəzərə aldığı üçün boşanma hüququnu kişiyə verir. Qadına isə müəyyən vasitələr ilə boşanmaq üçün çıxış yolu qoymuşdur. Boşanma Allahın sevmədiyi bir yoldur, lakin insanların ehtiyacı üçün bunu halal etmişdir. Allahu Təalə Kitabında evliliyi möhkəm əhd-peyman adlandıraraq deyir: “Onu necə geri ala bilərsiniz ki, siz bir-biriniz ilə yaxınlıq etmişdiniz və onlar (qadınlar) sizdən möhkəm əhd-peyman almışdılar?” (ən-Nisə, 21) Allah həqiqi evlilik bağını möhkəm olması ilə vəsf etmişdir, onun üçün bu evliliyə “möhkəm əhd-peyman” olaraq baxmayan kişilər və qadınlar Allahın bu hidayətindən azmış kəslərdir.
Qadının hər hansı bir vəsfini bəyənməyib ondan da qəşəngini, ondan da münasibini tapmaq ümidi ilə boşamaq peyğəmbərin – salləllahu aleyhi va səlləm – hidayətindən deyildir. Allahu Təalə deyir: “Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun!” (ən-Nisə, 19) Peyğəmbər – salləllahu aleyhi va səlləm – demişdir: “Bir mömin kişi mömin qadına nifrət bəsləməsin! Onun bir xasiyyətini bəyənməsə, başqa xasiyyətini bəyənər!” İmam ən-Nəvəvi – rahiməhullah – bu sözlərin şərhində deyir: “Doğrusu budur ki, bu, bir qadağadır və yaxud da kişinin qadına nifrət bəsləməməsi lazımdır, çünki onda xoşlamadığı bir xasiyyət görürsə, xoşuna gəldiyi xasiyyət də görəcəkdir, məsələn qadın kinli ola bilər, lakin çox dindar, gözəl, namuslu, ona qarşı mehriban ola bilər və ya buna bənzər xasiyyətlərə malik ola bilər.” Bu səbəblərə görə qadının hər hansı bir eybini əsas edib ondan ayrılmaq peyğəmbərimizin – salləllahu aleyhi va səlləm – göstərdiyi hidayətə tabe olmamaqdır.
Təəssüflər olsun ki, cəmiyyətimizdə bəzi müsəlman "kişilər" artıq bu məsələyə o qədər qeyri-ciddi yanaşırlar ki, boşanmaq işinə bəsit gözlə baxmağa başlayıblar. Müsəlman bacılarımız Allahın müsəlman kişilərə tapşırdığı əmanətidir. Kişiləri onların üzərində bir dərəcə üstün etdiyi halda, qadınları da kişilərə əmanət olaraq tapşırmışdır. Son vaxtlar KİV-də gündəmdə olan məsələlərdən biri müğənni Manaf Ağayevin qızı Səmayə ikinci həyat yoldaşı Taleh Hüseynovdan da ayrılmasıdır. Müğənninin kürəkəni keçmiş xanımı ilə Bakı Apelyasiya Məhkəməsində üz-üzə gəliblər. Gərgin keçən prosesdə məhkəmə müğənninin qızının xeyirinə qərar çıxarıb. İş adamı olan Taleh Hüseynov məhkəmədən sonra sosial şəbəkədə canlı yayıma çıxaraq iddialı fikirlər səsləndirib. Sonra da Azel.tv vasitəsilə Youtobe kanalına yerləşdirdiyi müsahibədə o, 2015-ci ildə ailə qurduğu Səmayə ilə evliliklərinin cəmi 2 il çəkdiyini bildirib. Müğənninin qızında psixi pozğunluq olduğunu qeyd edən qarşı tərəf Səmayənin səhhəti ilə bağlı olaraq övladları olmadığı üçün ayrılmaq qərarı verdiyini deyib:
“Övladımız olmadığı üçün ayrılmışıq. Sadəcə şər, böhtan atırlar ki, guya mən elə-belə, boş yerə evlənmişəm. Deyirlər ki, onları aldatmışam. Aldığım qızılları Manaf Ağayevin qızı özü ilə aparmışdı. İndi də deyirlər ki, o qızıllar səndədir. Manaf Ağayevin keçmiş kürəkəni boşandıqdan sonra cehizlərini olduğu kimi ata evinə “yola salsa” da, ondan bunun üçün 150 min manat tələb etdiklərini sözlərinə əlavə edib. Vəkili isə Almaniyada işini-gücünü atıb, uzun zamandır məhkəmələrdə vaxt itirdiyi üçün Manaf Ağayevin ailəsindən 250 min manatlıq təzminat tələb etdiklərini bildirib.
Qeyd edək ki, Taleh M.Ağayevin qızının ikinci həyat yoldaşı olub. Səmayə 2010-cu ildə ailə qurmuş və ayrılmışdı. Müğənni keçmiş kürəkəni Orxanın narkotik maddə aludəçisi olduğunu bildirmişdi.
Onun iddiasına görə, keçmiş qaynatası Manaf Ağayevin bu süni şəkildə şişirdilmiş məsələnin "həllinə” eyni zamanda həm kriminal aləmin, həm də hüquq-mühafizə orqanlarının təmsilçilərini cəlb etməsi, nəhayətdə Taleh Hüseynovun azadlığı və həyatı üçün ciddi təhlükə yaradıb. Yenə də Taleh Hüseynovun sözlərinə görə, onun hətta xaricdə yaşayan qohumları və biznes tərəfdaşları da Manaf Ağayevin təhdidlərinə məruz qoyulurlar.
Onu da qeyd edək ki, Taleh Hüseynov bu məsələ ilə bağlı KİV-ə verdiyi əvvəlki açıqlamalarda etiraf edib ki, Manaf Ağayev onun Almaniyadakı biznesinə 40 min manat məbləğində pul qoyub.
Məni – bu sətirlərin müəllifini bu ailə məsələsinin məhz kişi tərəfindən ictimailəşdirilməsinin mənəvi-əxlaqi tərəfi qayğılandırıb. Kişi kişidirsə, hətta boşadığı qadının da hələ qadınlıqda qaldığını unutmamalıdır. Ayrıldığı qadının arxasınca elə söz danışmalı, elə ifadə işlətməli deyil ki, zərif cinsin nümayəndəsinin sonrakı aqibətinə mənfi təsir göstərsin. Taleh Hüseynov müsahibəsində bildirir ki, guya məsələni ictimailəşdirmək istəmirmiş, amma buna məcbur olub. Zənnimcə, o, daha qətiyyətli, iradəli kişi olsaydı, bütün çətuibnliklərə baxmayaraq, problemi ictimailəşdirməyə bilərdi – bu bir. İkincisi, deyir ki, keçmiş həyat yoldaşını uşağı olmadığına görə boşayıb. Bu yerdə xatırlatmağa dəyər ki, Taleh M.Ağayevin qızının ikinci həyat yoldaşı olub. Səmayə xanım 2010-cu ildə ailə qurmuş və ayrılmışdı. Müğənni keçmiş kürəkəni Orxanın narkotik maddə aludəçisi olduğunu bildirmişdi. Görəsən, Taleh Hüseynov ailə qurduğu xanımın birinci ərindən niyə uşağı olmadığını aydınlaşdırmağa cəhd də etməyib? Deyir ki, evin künc-bucağından cadu-dua çıxırdı. Sual olunur: Bəyəm, cadu-pitiyə inanmaq, əhəmiyyət vermək müasir dövrün kişisinə, savadlı iş adamına yaraşan hərəkətdir?
Onu da qeyd edəik ki, T.Hüseynovun Youtobe kanalında yerləşdirdiyi həmin müsahibəsinə münasibət buildirən bir çox internet istifadəçiləri də onu qınayıblar. Həmin şərhylərin bir neçəsinin altını cızırıq.
Məsələn, Aysel Cəfərova adlı xanım istifadəçi yazıb: “Elə bil kitab yazıb, təqdimat keçirir. Gör necə oğlanlar şəhid olur, kim yaşayır!”
İsmayıl Salmanov yazıb: “Sən məşhur olmaq istəyirsən. Manaf Ağayevin deyil, başqa tanınmayan adamın qızı olsaydı, belə edərdinmi?”
Samir Qayıbov: “Ailə söhbətini belə müzakirə etmək düzgün deyil”.
Nail Əmiraslanov: “Heç Manaf olmasın, başqası olsun. İstəyirdin qızını verdiyin adam onu damın altında qoyub Almaniyada gün keçirsin?”
Vüqar Məmmədov: “Qardaşlar, kişi kişinin ailəsi ona bacısı haqda doğru və yalan danışmaz, vaxt gələr, danışdıqları başına gələr”.
Səadət Qasımova: “Kişi arvadın yanında olar, Almaniyada yox”.
Hülya Əliyeva: “Ailə söhbətini danışmaq qeyrətdən deyil”.
Dağıstan Məmmədov: “Kişiliyin olsun, niyə kamera qarşısında ağlayırsan?”
Ülviyyə Sərkərova: “Birinci dəfə uşağı olmayıb, bilirdin. Bəs niyə alırdın?”
Çingiz Quliyev: “Bir cümləni qurub danışa bilmir, axı bu necə o şirkətləri qurub?”
Bu rəylərdən göründüyü kimi, Taleh Hüseynovun problemi ictimailəşdirməsi xalq tərəfindən hiddətlə qarşılanıb.

Xuraman Əhlimanqızı