Azərbaycan İdeyası

1 Oktyabr Beynəlxalq Ahıllar Günüdür

Tarix:1-10-2019, 13:15
Baxış Sayı:124


BMT Baş Məclisinin 1992-ci ildə qəbul etdiyi “Ahılların müdafiəsi ilə bağlı Qətnamə”yə əsasən, 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü kimi təsis edilmişdir. Beynəlxalq Ahıllar Günü 1993-cü ildən başlayaraq Azərbaycanda da hər il yüksək səviyyədə qeyd edilir. Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb, 22 iyun 2001-ci il tarixdə “Ahıllara sosial xidmət haqqında” Qanun qəbul olunub. Həmin Qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur.

İnsan hərəkətliliyi, dinamikası bioloji və fiziki olaraq əvvəlcə artma, sonra isə azalmaya meyllidir. Yeniyetməlik dövründə orqanizm sürətlə inkişaf edərək gənc yaşlara qədər davam edir. Amma yaş artdıqca, yetkin fərdlərdə müəyyən bir yavaşlama görülür ki, bu da yaşlanma adlanır. Bu gün hamımız cəmiyyətdə yaşlı insanlara xüsusi qayğı ilə yanaşmağa çalışırıq. Çünki onlar hörmət edilən, nəsihət verən və söz sahibi kimi həyatımızda, ailəmizdə rol oynamaqdadırlar. Yaşlılıq insandan-insana fərqlidir. Yəni burada bioloji faktorlarla yanaşı, ölkənin vəziyyəti də bir o qədər əlaqəlidir.

Ümumiyyətlə, yalnız bu gün deyil hər zaman yaşlı insanlara hörmət edilməli, onlara qayğı ilə yanaşmalı olduğumuzu unutmamalıyıq. Onların bu yaşa çatarkən qazandıqları təcrübə, bilgi və s. bizim üçün önəmlidir. Ətrafımızda, çevrəmizdə bu cür insanların olması həyatda daha düzgün yol tutmağa, daha düzgün idarə etməyə kömək edəcəkdir.

Düzdür, daha çox sosiallaşdığımız bu dövrdən fərqli olaraq keçmişdə övladlar böyüklərinə qarşı çıxmaz, hörmətsizlik etməzdilər. Texnoloji dövründə isə təəssüf ki, yaşlılara lazımi qədər dəyərin verilmədiyini görürük. Buna görə də hər birimiz onlara qarşı diqqətli olmalı, hörmət etməli, hər bir nəsihətinə qulaq verməliyik.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı