Azərbaycan İdeyası

Əməkdar artistin vəziyyəti ağırlaşdı

Tarix:16-11-2015, 10:20
Baxış Sayı:495

“Aktyor insult keçirib”.

Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Ələsgər Məmmədoğlunun vəziyyəti ağırlaşıb və reanimasiya şöbəsinə yerləşdirilib.
"Korrupsiya və Qanun" qəzetinin aldığı məlumata görə bu barədə aznews.az-a Binəqədi rayon xəstəxanasının həkimi Rəna Mirzəyeva məlumat verib. Onun sözlərinə görə, Ə.Məmmədoğlu xəstəxanaya kəskin beyin qan dövranı diaqnozu ilə daxil olub:
“Aktyor insult keçirib. Vəziyyəti orta-ağır qiymətləndirilir. Huşu aydındır, amma insult keçirdiyindən müalicəyə ehtiyac var”.
R.Mirzəyeva qeyd edib ki, aktyorda sarılıq xəstəliyi də müşahidə olunub:
“Reanimasiyadan sonra o, nevroloji müalicə almalıdır. Sarılıq xəstəliyi ilə əlaqədar qarşılıqlı razılaşma əsasında aktyoru başqa xəstəxanaya köçürmək lazımdır”.
Qeyd edək ki, noyabrın 12-də Ə.Məmmədoğlunun səhhətində problem yaranıb və o, Binəqədi rayon Xəstəxanasına yerləşdirilib.

OXŞAR XƏBƏRLƏR
Şanlı zəfər tarixi indi bir tədbiqdə
Şanlı zəfər tarixi indi bir tədbiqdə
Türkiyə və İran razılaşdı
Türkiyə və İran razılaşdı
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
Mayda 14 gün iş OLMAYACAQ
Mayda 14 gün iş OLMAYACAQ
İranın yeni ali rəhbəri​ kimdir? - DOSYE
İranın yeni ali rəhbəri​ kimdir? - DOSYE
İlham Əliyev qanun imzaladı
İlham Əliyev qanun imzaladı
38 nəfər saxlanıldı
38 nəfər saxlanıldı
Bu tarixdə qısa iş günü OLACAQ
Bu tarixdə qısa iş günü OLACAQ