Azərbaycan İdeyası

“ASAN Radio”nun dörd illiyidir - FOTO

Tarix:24-12-2019, 11:28
Baxış Sayı:83


24 dekabr ölkəmizin ən gənc, dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiosu – “ASAN Radio”nun dörd illiyidir.
“ASAN Radio” Prezident İlham Əliyevin tapşırığı ilə yaradılıb.
“ASAN Radio” dövlət, həmçinin, beynəlxalq təşkilatlar və aparıcı şirkətlərlə faydalı əməkdaşlıq edir. Əhalinin maarifləndirilməsi və vətəndaş suallarının birbaşa cavablandırılması çərçivəsində, həmçinin musiqili və müsabiqə formatlı faydalı verilişlər təqdim edir.
Cari verilişlərimizlə yanaşı, “ASAN Cavab”, “Rəqəmsal Azərbaycan”, “Mənəvi dəyərlər”, “DOST məsləhəti”, “Sahibkar vaxtı”, “ProDemos” kimi proqramlar yayımlanır. “Bir sual, bir cavab”, “Azərbaycan tarixi”, “Ana dili”, “Bizimki”, “Milli kinomuz” və s. buraxılışlar 100 FM-də təqdim olunur.
ABŞ-ın Azərbaycandakı səfirliyi ilə “Hello America!” proqramı, Aİ-nın Bakı nümayəndəliyinin dəstəyi, ADA Universitetinin bələdçiliyi ilə “AvropadASAN” verilişi yayımlanır. Britaniya Şurası ilə “Obla Air” və “Selector” layihələri təqdim olunur. “TRT Ankara” ilə “Radio körpü” qurulur.
“ASAN Radio”nun əməkdaşları bu il ərzində ABŞ və Avropanın aparıcı radiostansiyalarında təcrübələrini artırıblar.
“ASAN Könüllüləri”, ADA, Bakı Dövlət, Azərbaycan Dillər, Slavyan Universitetlərinin jurnalistika fakültəsinin tələbələri “ASAN Radio”da təcrübə keçirlər.
“ASAN Radio” dinləyicisinə yalnız zövqlü musiqi təqdim edir, beynəlxalq miqyaslı yarış, tədbir və sərgilərin eksklüziv media tərəfdaşıdır.
“Faydalı Məlumat” dalğası şüarı ilə ölkənin 80%-ə qədərinə yayımlanır. “ASAN Radio” Bakı və Abşeron yarımadası, Sumqayıt, Xızı, Şabran, Siyəzən, Tovuz, Qazax, Ağstafada 100 FM-də, Cənub və Aran bölgəsində - Lerik, Lənkəran, Masallı, Cəlilabad, Neftçala, Salyan, Şirvan, Hacıqabul, Biləsuvar, Saatlı, Sabirabad, İmişli rayonlarında 92.7 FM-də, Gəncə, Yevlax, Mingəçevir, Ucar, Naftalan, Goranboy, Qəbələ, Quba, Xaçmaz, Qusar, Xudat, Nabran və digər iri şəhər və rayonlarda 96.5 FM-də yayımlanır. Asanradio.az saytı və mobil tətbiqlərdən də dalğamızı dinləmək olar. “ASAN Radio” – Faydalı Məlumat dalğası!




[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO