Azərbaycanda 14 dərəcə isti olacaq - SABAH


Bakıda və Abşeron yarımadasında fevralın 27-də hava buludlu olacaq, arabir tutulacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Lent.az-a bildirib ki, hava şəraiti əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 1-3, gündüz 8-13 dərəcə isti olacaq.
Rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər duman, şərq rayonlarında isə çiskin olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 0-5, gündüz 9-14 dərəcə isti olacaq. Dağlarda isə 3 dərəcə şaxtadan 2 dərəcəyə qədər isti olacaq. Gündüz isə 8-13 dərəcə isti proqnozlaşdırılır.