Azərbaycan İdeyası

KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır

Tarix:10-07-2026, 12:30
Baxış Sayı:6

KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
Yaxın günlərdə İsrail hökuməti yəhudi dövlətinin ordusu tərəfindən tutulan Livan ərazilərinin bir hissəsi üzərində nəzarəti Beyruta qaytarmağı planlaşdırır.

Bu barədə CNN telekanalı ABŞ administrasiyasındakı anonim mənbəyə istinadən məlumat yayıb.

"Hazırda İsrailin nəzarətində olan ilk "pilot zona" bir neçə gün ərzində Livanın idarəçiliyinə veriləcək. Növbəti pilot zonalar artıq xəritələrdə müəyyənləşdirilib. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bu istiqamətdə irəliləyiş əldə etmək üçün hər iki dövlətlə əməkdaşlıq edir", - deyə məlumatda qeyd olunub.

ABŞ administrasiyasının nümayəndəsi onu da vurğulayıb ki, Birləşmiş Ştatlar Livan hökumətinə həm həmin ərazilərdə, həm də bütövlükdə ölkə miqyasında suverenliyini tam bərpa etməkdə dəstək olmaq məqsədilə tezliklə beynəlxalq tərəfdaşlarla əlaqə qurmağa başlayacaq.

Qeyd olunur ki, gələn həftə Romada tərəflərin nümayəndələri arasında bu məsələ ilə bağlı qapalı formatda danışıqlar baş tutacaq.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı