Azərbaycan İdeyası

Araq orucu

Tarix:21-06-2016, 23:15
Baxış Sayı:435

Araq orucu

Bizim kəndin yeyib-içən adamlarının bir xasiyyəti vardı, toyda-nişanda spirtli içki içərkən ilk badələr qaldırılanda mütləq biri deyərdi ki, Allah günahımızdan keçsin, götürün, bunu vuraq, mütləq o biri də deyərdi ki, ay qardaş, ürəyini Allahla düz tut, nə qədər içirsən, iç, əsas odur ki, içib problem yaratmayasan.

Sonrakı badələrdə günah-filan, içkinin haram olması-zad yada düşməzdi.

Bununla belə, kəndimizin yeyib-içən adamlarının çoxu Məhərrəmlikdə və Ramazanda araq içmirdilər və təklif olanda deyirdilər ki, bu aylar ağır aylardır, içmək olmaz. Hərçənd elə adamlar da vardı ki, ildə 365 gün içirdilər və nədənsə ad günləri mütləq toy məclislərinə düşürdü – həm də gah payızda, gah qışda, gah yazda, gah da yayda. Toyun qızğın yerində bir də görürdün ki, o başdan biri qalxdı və təntənəli şəkildə dedi, bu gün əminin ad günüdür, birini də əminin sağlığına vurun.

İndi baxıram ki, dost-tanışların arasında da bizim kəndçilər kimi araq orucu tutanlar var. Bunlar o adamlardır ki, klassik oruc tutmurlar, gündə üç öynə yeyirlər, 2 litrə yaxın da maye (çay, şirə, mineral su, kofe, elə-belə su, ayran və s.) qəbul edirlər, amma spirtli içki (araq, pivə, çaxır və s.) içmirlər. Onlar əmindirlər ki, bu ayda içmək günah, içməmək savabdır.
Bu yerdə ilahiyyatçı olub da “hocam, Ramazanda içkidən imtina etmək savadırmı” kimi suallara cavab verməyə ehtiyac yoxdur. Aydın məsələdir ki, bir adamın öz orqanizminə spirtli içki qəbul etməsinin və ya etməməsinin cinayət-prosessual qanunvericilik baxımından heç bir əhəmiyyəti yoxdur. Dünyəvi qanunlar spirtli içki içməyə icazə verir, dini ehkamlar isə məsləhət görmür. Necə deyərlər, əmoğlu, vallah, bu araq içiləsi zəhər deyil, yenə də özün bilərsən.

Yeri gəlmişkən, alkoqolun kimyəvi tərkibi gerçəkdən də zəhərdir. İstənilən kimya müəllimi bunu təsdiq edər. İntəhası, bu zəhər birbaşa öldürmür, yavaş-yavaş öldürür. Dərhal öldürən zəhərlər keçmişdə dəb olub, badədən bir qurtum alan kimi məsələ həll olurmuş, indiki spirt-zəhərlərdən isə gərək adam uzun müddət və çox-çox hortlada ki, axırda qaraciyər dilə gələ.
Amma bir iş də var ki, araq orucu yeyib-içən adamlara mənəvi rahatlıq gətirir. Belə etməkdə onların məqsədi heç də yaxın və uzaq perspektivdə İnkir-Minkiri aldatmaq deyil. Adamlar səmimi şəkildə hesab edirlər ki, 11 ayın sultanında vacib dini ayinləri yerinə yetirməsələr də, heç olmasa, ona qarşı çıxıb kafirlik etməsinlər.
[img=left]https://encrypted-tbn1.gstatic.com/images?q=tbn:ANd9GcR90HEAQ7nU20cYzD5STU3kicwx6SUBdHWU_RMgPVdKZrwzTdpj[/img]
Biri var, oturub günləri sayır. O gün sosial şəbəkədə yazıb ki, 20 gün qaldı… Dostları soruşur ki, nəyə? O da cavab yazır ki, sərin çex pivəsi ilə görüşə… Demək, camaat son iftarını açıb bayram edən gün bu da supermarketə cumub üç-dörd banka pivə alacaq və mədəsində əhəng söndürürmüş kimi sümürəcək.

Tutaq ki, içki içməmək imtina edilməli olan günahlardan biridir, bəs qalan günahlar necə olsun? Bəs zina məsələsi? Bəs qul haqqı yemək haqq-hesabı? Bəs zalımın qarşısında susmaq?

Burada vəziyyət dəyişir. İçki orucu tutanların bir çoxu eşq-məşq məsələsində 7/24 performans göstərməyə hazırdır. Eləcə də o biri məsələlərdə. Yalan danışmaqdan, ayağına gətirilən rüşvəti almaqdan neçə adam imtina edər?

Hər halda, 1 aylıq da olsa insanın öz nəfsinə qalib gəlməsi alqışlanmalıdır. Bir də var, adam heç bir gün də dözə bilməyə, nəfsinin qulu olaraq qala. O gün Nəsimi Nəbizadə mənə bu xüsusda bir lətifəyə oxşar hadisə danışıb, sanıram ki, o söhbətin iqtibas olunmasının yeridir.
Demək, Murad Köhnəqalagilin kəndində yaxşı pul qazanan və yeyib-içən bir adam varmış. Bu adam oğlunu evləndirib, qızını köçürəndən sonra hər gün içməyə başlayır və buna görə arvadıyla arasında problem yaranır. Evin xanımı hər gün onu danlayır ki, çox içməsin. Beləcə, arvad kişini o qədər bezdirir ki, bir gün yeyib-içən adam kəskin bəyanat verir: “Vallah, bir də maa ”işmə” desən, iskanımı da götürüb gedəjəm dədəmin xarabasına”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO