Azərbaycan İdeyası

Bakıda məscid yaxınlığında polis postları qurulub - FOTO

Tarix:12-10-2016, 14:11
Baxış Sayı:318

Bakıda məscid yaxınlığında polis postları qurulub - FOTO
Bakıda ''Aşura'' günü ilə əlaqədar polis gücləndirilmiş rejimdə işləyir. Criminal.az saytı xəbər verir ki, şəhərin bəzi yerlərində məscidlərə gedən yollarda maşınların hərəkəti dayandırılıb, polis postları qoyulub.

Oxucular Criminal.az saytına bildirib ki, 6-cı mikrorayon ərazisində Həzrəti İmam Əli məscidinə gedən yol da bağlanıb. İnsanlar məscidə getmək üçün maşınları kənarda saxlayaraq ayaqla getməyə məcbur olub.

Xatırladaq ki, bir neçə gün əvvəl Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov bildirmişdi ki, paytaxtda Aşura mərasimlərinin keçiriləcəyi yerlərdə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndiriləcək:

“Hər il olduğu kimi, bu il də Aşura günü ilə əlaqədar ictimai asayişin qorunması məqsədilə oktyabrın 12-i paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq, ictimai asayiş lazımı şəkildə təmin ediləcək”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO