Azərbaycan İdeyası

Bu gün ''Aşura''dır

Tarix:12-10-2016, 13:51
Baxış Sayı:364

Bu gün ''Aşura''dır
Bu gün, oktyabrın 12-si «Aşura» mərasimi qeyd edilir. Hələ İslamda müqəddəs ay sayılan Məhərrəmlik ayı girməmiş Qafqaz Müsəlmanları İdarəsi (QMİ) fətva vermişdi. Fətvada qeyd edilirdi ki, hicri-qəməri təqvimi ilə 1437-cı il başa çatır. Bu, miladi təqvimi ilə 2016-cı il oktyabrın 3-nə təsadüf edilir. «Aşura günü» isə oktyabrın 12-də qeyd olunmalıdır.

Fətvada «Aşura»nın Məhəmməd peyğəmbərin (s) nəvəsi İmam Hüseyn, Əhli-Beyt (ailə üzvləri) və tərəfdarlarının haqq uğrunda həlak olduğu gün kimi əks edilir. Fətvada Aşura günü qurşağadək soyunub, zəncir vuraraq bədənə xəsarət yetirməklə qan çıxarmaq şəriətə uyğun sayılmır. Dindarların özlərinə və digərlərinə xəsarət yetirməməsi tövsiyə olunur.

Bunun əvəzində ehtiyacı olanlara qan verilməsi aksiyalarının təşkili zəruri sayılır. Səhiyyə Nazirliyi də açıqlayıb ki, bu gün qanvermə aksiyaları keçiriləcək.

Məhəmməd peyğəmbərin nəvəsi, şiə imamı Hüseyn və onun tərəfdarlarının qətlə yetirilməsi (Kərbəla hadisəsi) Məhərrəm ayında baş verdiyindən, müsəlman ölkələrində onu matəm ayı kimi qeyd edirlər. Hər il minlərlə insan Kərbəlaya toplaşaraq, hicrətin 61-ci ilində Kərbəlada öldürülən İmam Hüseyn və 72 tərəfdarına yas saxlayır. Məhərrəmlik mərasimi, ümumilikdə, Məhərrəm və Səfər aylarında davam edir (Məhərrəm ayının 10-da Aşura hadisəsi - qətliam baş verib). İslamda Məhərrəm ayında müharibə günah sayılır.

OXŞAR XƏBƏRLƏR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
İlham Əliyev Malavi Prezidentini təbrik edib
İlham Əliyev Malavi Prezidentini təbrik edib