Azərbaycan İdeyası

Binəqədi İcra Hakimiyyətinə sərt tənqid - “Milyonlarla rüşvət yığırsan...”

Tarix:21-10-2016, 11:48
Baxış Sayı:309

Binəqədi İcra Hakimiyyətinə sərt tənqid - “Milyonlarla rüşvət yığırsan...”
“Hava proqnozuna baxdım, bu gün axşamdan başlayaraq yenə yağış tökməyə başlayacaq. Hələ bu gün də dünyanın ən gözəl şəhəri olan Bakıda sel-su ucbatından evindən çölə çıxa bilməyən vətəndaşlar, sakinlər var. Yağış bu gün axşam başlayır və gələn həftə boyu da davam edəcək. Görünən budur ki, Bakının qəsəbələrində su altında qalmış evlər hələ də fəlakət zonası olaraq qalmaqda davam edəcək. Uşaqlar məktəbə gedə bilməyəcək. Acınacaqlı vəziyyət Binəqədi rayonunda yaşanır. Binəqədi şossesindən 5-6 qəsəbənin sakinləri istifadə edir. Bu yol gözümüz açılandan belə olub. Hər payız-qış süni göllər əmələ gəlir. Hər il bu yola pullar tökülür və sonra yenə xarabazara çevrilir. Bu, artıq cinayət əməlidir, büdcə pulları göyə sovrulur, problem isə qalır. Bir yolu nə qədər qazmaq və düzəltmək olar?”. Bu sözləri yeni AXCP-nin sədri Razi Nurullayev deyib.

O bildirib ki, yağış yağan kimi qısa zaman ərzində Binəqədi və bir çox qəsəbələrdə acınacaqlı hal yaranır: “Həm yollar bərbad vəziyyətdədir, həm də kanalizasiya bərbad gündədir. Amma, axı hər kəs bir neçə yerə pul, rüşvət, hörmət ödəyib, o evləri tikib. Heç kim göydən gəlib düşməyib və evlər də tikməyib. Bunların hamısı rayon İcra Hakimiyyətlərinin, Bakı şəhər İcra Hakimiyyətinin gözləri qarşısında və razılıqları ilə olub. İndi niyə yaxalarını kənara çəkirlər? Cəzasızlıq, qorxu hissinin, məsuliyyət hissinin olmaması.
Binəqədi İcra Hakimiyyətinə sərt tənqid - “Milyonlarla rüşvət yığırsan...”
Həm də bu insanların ürəyində Allah qorxusu və xofu da yoxdur. Mənim əlimdə ixtiyar olsaydı, onların oğurladıqlarının, çaldıqlarının, taladıqlarının üç mislini əllərindən alar və haqsız duruma və məhrumiyyətlərə düçar olan xalqın yaralarının sağalmasına sərf edərdim. Bəli, dəmir yumruğa ehtiyac var. O dəmir yumruq ki, günahkarların başına kuvalt ağırlığında çöksün. Ay balam, sənə büdcədən pul ayrılıb, üstəlik, milyonlarla rüşvət yığırsan, niyə problemləri həll etmirsən? Qorxun yoxdur, amma olacaq. Bir gün etdiklərinin əvəzini min qat ödəməli olacaqsan. Neçə ildir, oxuyuram ki, Sabunçu vağzalını su basıb. Neçə dəfə su seyrangahını seyr də etmişəm. Bəs neçə illərdir ki, gözünüz kor, qulağınız kardır? Beyniniz donub? Əllərinizi don vurub? Daşı daş üstünə qoyanda çalağan quşu kimi kasıbın üstünə şığıya bilirsiniz, amma vəzifəniz olanları yerinə yetirə bilmirsiniz? Bir gün gələcək, sizin üstünüzə şığıyacaqlar, sizin özünüzü o süni suların içinə qərq edəcəklər”.

“Ciddi olaraq, bu problemlərin geniş müzakirəsi üçün Prezident müşavirəsinə ehtiyac var” - deyən partiya sədri qeyd edib ki, işinin öhdəsindən gələ bilməyən, korrupsiya piramsidası quran, sahibkarlara və vətəndaşlara "dolya" kəsən kiçicik xanların boyunlarının vurulması zamanıdır, məcazi mənada: “Dünən bütün Azərbaycan barbar bir hadisənin şahidi oldu. Kürdəxanı qəbiristanlığını su basıb, qəbirlər suyun içində, bir az kənarda da adamlar balıq tutur. Sən demə, Kürdəxanının kanalizasiya suları bura axır, heç də qrunt sularının yaratdığı göl deyil. Bəs, bu vəhşiliyə, çarəsizliyə dözmək olarmı? Bakının ən qədim və köhnə kəndlərindən biri üfunət içində boğulur. Başa düşürəm ki, Bakıda kanalizasiya və su sisteminin bərpası və çəkilməsi ilə bağlı işlər aparılır. Amma, bu, kifayət deyil. Təcili olaraq, işlərin tezləşdirilməsi üçün Neft Fondundan vəsait ayrılmalıdır. Xərclənməsinə də ciddi nəzarət olunmalıdır. Xor baxanın, bir manat oğurlayanın belə, oğurladığı əli kəsilməli, xor baxanın gözü çıxarılmalıdır”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı