Azərbaycan İdeyası

Ağstafa rəhbərliyinin kənd sakinlərinə biganəliyi

Tarix:16-11-2015, 15:18
Baxış Sayı:361

Yol mədəniyyət deməkdir. Bu mədəniyyəti isə bəzi məmurlar kölgədə saxlayır. Söhbət Ağstafa rayonunun Aşağı Kəsəmən kəndi ilə rayon mərkəzini birləşdirən, 1969-cu ildə salınmış, hazırda isə çox bərbad vəziyyətdə sakinləri təngə gətirən 5 km-lik yoldan gedir. Kənd sakinləri bildirir ki, Rayon İcra hakimiyyəti müstəqillik dövründə 3-4 dəfə dəyişsə də, bu adı çəkilən yola münasibəti dəyişmədi ki, dəyişmədi. Maraqlı da burasındadır ki, Rayon İcra hakimiyyətinin müavini Ramiz Tatarovun şəxsi təsərrüfatına, fermasına gedən yol yüksək formada asfalt örtüklə döşənib, ancaq zəhmətkeş kənd sakinləri yol sarıdan əziyyət çəkir. Yağıntılı havalarda isə burada çox acınacaqlı bir vəziyyət yaranır. Kənddən rayona işləməyə, təhsil ocaqlarına üz tutan sakinlər ya çatacağı ünvana gecikir, ya da nəqliyyat vasitələrində silkələnərək, müxtəlif fəsadlarla üzləşir. Sakinlər həmçinin onu da bildirir ki, «heç inandırıcı deyil ki, müstəqilliyimizin 25 ili ərzində Rayon İcra hakimiyyətinə bu yolun təmiri və yenidən qurulmasına maliyə vəsaiti ayrılmasın. Və bu haqlı narazılıq tam qəti olaraq nə İcra hakimiyyətinin və onun şöbələrini, nə də Ağstafa Rayon Bələdiyyəsinin sədrini narahat etmir. Əgər etsəydi hörmətli Dövlət başçımızın müxtəlif vaxtlarda yol infrasturkturuna ayırdığı kifayət qədər dövlət vəsaitindən 5 km-lik Aşağı Kəsəmən – Ağstafa yolunu çoxdan təmir etmiş olardı. Onda belə çıxır ki, bu məmurlar Azərbaycanın yol infrastruktruna xəyanət ediblər, bəlkə də düşünürlər ki, gözdən uzaqdı, yəni paytaxt Bakıdan uzaqdı da bu rayon, necə gəldi, elə də edə bilərik. Əgər belə deyilsə, ay hörmətli Ağstafa Rayon İcra hakimiyyətinin başçısı Məhərrəm müəllim, niyə bu kiçik məsələ qloballaşaraq, xəbər saytına qədər gəlib çıxdı? Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

OXŞAR XƏBƏRLƏR
Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq
Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq
"Azərenerji" kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsinə iki milyon manat ayırdı
"Azərenerji" kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsinə iki milyon manat ayırdı
Samuxda 57 yaşlı çobanın meyiti tapıldı
Samuxda 57 yaşlı çobanın meyiti tapıldı
KİV: "Arsenal" Vinisiusa klub tarixinin ən yüksək maaşını təklif edə bilər
KİV: "Arsenal" Vinisiusa klub tarixinin ən yüksək maaşını təklif edə bilər
Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Bakıda böyük təmizlik
Bakıda böyük təmizlik
Azərbaycanda futbol klubu 400 min manata SATILDI
Azərbaycanda futbol klubu 400 min manata SATILDI
Azərbaycan nefti kəskin UCUZLAŞDI
Azərbaycan nefti kəskin UCUZLAŞDI