Azərbaycan İdeyası

7 yaşlı Xəyalın xaricdə müalicəyə ehtiyacı var

Tarix:17-01-2017, 15:33
Baxış Sayı:411


Azərbaycanda sağlam vətəndaşlardan ibarət sağlam cəmiyyət quruculuğu naminə dövlətimiz tərəfindən son illər xeyli iş görülmüş, səhiyyə xidmətinin dünya standartları səviyyəsinə çatdırılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Xüsusilə uşaq səhiyyəsinin yaxşılaşdırılması yönünüdə nəzərəçarpan müsbət dəyişikliklər baş vermişdir. Bu da başa düşüləndir: Uşaqlar bizim gələcəyimizdir.
Lakin etiraf olunmalıdır ki, bəzən xəstəliklərin müalicəsi respublikamızda mümkün olmur, vətəndaşlarımız ölkəmizin hüdudları xaricində, inkişaf etmiş xarici ölkələrin nüfuzlu tibb müəssisələrinə pənah aparmaq məcburiyyətində qalırlar. Aztəminatlı ailələr belə ehtiyac qarşısında aciz qalanda vəziyyət dramatik xarakter alır. Üz tutduqları aidiyyati qurumlar yerli tibb müəssisələrini isnad versələr də, bunun faydası olmur.
Sumqayıt şəhər sakini, 18 saylı yataqxana, ev-6, mənzil-36 ünvanda qeydiyyatda olan, hazırda 18-ci məhəllə, ev 2/10, mənzil 33-də yaşayan 1968-ci il təvəllüdlü Əliyeva Təranə Şirəli qızı redaksiyamıza müraciət edərək, 2009 - cu ildə anadan olmuş kiçik oğlu Abbasov Xəyal Yusif oğlunun onurğa-beyin yırtığı və pəncə əyriliyi, aşağı ətrafların papaparezi xəstəliyindən əziyyət çəkməsi ilə bağlı dəfələrlə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya, səhiyyə naziri cənab Oqtay Şirəliyevə ünvanladığı müraciətnamələrin adresatlar tərəfindən aidiyyati qurumların, tibb müəssisələrinin rəhbərlərinə (Sumqayıt şəhər İcra Hakimiyyətinə, Sumqayıt şəhər Səhiyyə Şöbəsinə və s.) göndərildiyinə baxmayaraq, heç bir müsbət nəticə alınmadığını bildirmişdir.
"Dəfələrlə göndərişlə Bakının Əhmədli qəsəbəsindəki Neyrocərrahiyyə Xəstəxanasına getmişəm. Uşağın iki aylığında gedəndə iki həkim ayrı-ayrılıqda baxıb uşağa deyiblər bundan sizə uşaq olmaz. Bunun şişi açılacaq, infeksiya keçəcək, uşaq öləcək. Bir müddət keçəndən sonra uşağı aparmışam, deyiblər ki, bu, 50 il də yaşaya bilər. 7 ildi ki, mən o Neyrocərrahiyyə Xəstəxanasına ayaq döyürəm. Heç bir nəticəsi olmayıb. Axırıncı dəfə gedəndə baş həkimə yalvardım, dedim rəy verin, uşağı xaricə aparım. Razı olmadı. Dedi biz bu əməliyyatdan həftədə beş dəfə edirik. Uşağın ayağını Azərbaycanda əməliyyat ediblər, düzəlməyib. Ona görə burda əməliyyat edilməsinə razı deyiləm".
T. Əliyeva redaksiyadan probleminin ictimailəşdirilməsini və övladının xaricdə əməliyyat edilməsinə nail olunması üçün aidiyyati instansiya rəhbərlərinin diqqətinə çatdırılmasını xahiş etmişdir.
Ümidvarıq ki, Abbasov Xəyal Yusif oğlunun ölümün pəncəsindən qurtulması üçün nicat olu tapılacaq.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO