Azərbaycan İdeyası

Er­mə­ni­lər hət­ta Azər­bay­can DİN-in xa­ric­dən al­dı­ğı si­lah­lar­dan na­ra­hat olub

Tarix:18-08-2017, 12:26
Baxış Sayı:729

Er­mə­ni­lər hət­ta Azər­bay­can DİN-in xa­ric­dən al­dı­ğı si­lah­lar­dan na­ra­hat olub

"On­lar Azər­bay­ca­nın is­tə­ni­lən sa­hə­də han­sı­sa uğur əl­də et­mə­sin­dən na­ra­hat­dır"
img
Əli Oru­cov: "He­sab edir­lər ki, po­lis or­qan­la­rı hə­min si­lah­la­rı tor­paq­la­rın azad olun­ma­sı­na yö­nəl­də­cək"

Azər­bay­can 1991-ci il­də müs­tə­qil­lik əl­də et­dik­dən son­ra Si­lah­lı Qüv­və­lə­ri­nin im­kan­la­rı­nı ar­tır­ma­ğı qar­şı­sı­na hə­dəf ola­raq qo­yub. Post­so­vet öl­kə­si olan Azər­bay­ca­nın hər­bi sə­na­ye­si çox köh­nəl­miş­di. La­kin Dağ­lıq Qa­ra­bağ mü­ha­ri­bə­sin­dən son­ra öl­kə hər­bi sə­na­ye­si­ni şa­xə­lən­di­rə­rək, xey­li in­ki­şaf et­di­rib. Son il­lər Azər­bay­can hər­bi sə­na­ye sa­hə­sin­də bey­nəl­xalq təc­rü­bə­nin qa­za­nıl­ma­sı is­ti­qa­mə­tin­də də çox iş­lər gö­rüb.
2000-ci il­lə­rin əv­vəl­lə­rin­dən rəs­mi Ba­kı hər­bi sa­hə­də ye­ni si­ya­sət yü­rüt­mə­yə baş­la­yıb. Bu da öl­kə­nin hər­bi və mü­da­fiə sə­na­ye­si­nin güc­lən­mə­si­nə im­kan ve­rib. Neft-qaz mü­qa­vi­lə­lə­ri­nin, o cüm­lə­dən xa­ri­ci sər­ma­yə­lə­rin Azər­bay­ca­na gə­lir gə­tir­mə­si­lə öl­kə 2004-2012-ci il­lər­də hər­bi büd­cə­si­ni ar­tı­rıb. Məhz ye­ni hər­bi si­ya­sət çər­çi­və­sin­də 2005-ci il­də öl­kə­də Mü­da­fiə Sə­na­ye­si Na­zir­li­yi­nin əsa­sı qo­yu­lub. Na­zir­li­yin ya­ra­dıl­ma­sın­da əsas məq­səd Azər­bay­can Si­lah­lı Qüv­və­lə­ri­nin ma­lik ol­du­ğu so­vet si­lah­la­rı­nın müa­sir­ləş­di­ril­mə­si, hər­bi ava­dan­lıq­la­rın is­teh­sa­lı­na nə­za­rət idi.
Doğ­ru­dur, 2013-cü ilə­dək Azər­bay­can mü­da­fiə sə­na­ye­si­nə aid hər­bi ava­dan­lıq­la­rı Ru­si­ya, İs­ra­il, Tür­ki­yə, Pa­kis­tan və Be­la­rus­dan alır­dı. Hə­min dövr­dən eti­ba­rən isə öl­kə ye­ni si­lah­la­rın is­teh­sa­lı im­kan­la­rı­nı ge­niş­lən­dir­mə­yə baş­la­yıb. Ha­zır­da öl­kə­də 1100 növ si­lah is­teh­sal olu­nur. Bu­ra­ya nəq­liy­yat va­si­tə­lə­ri, tü­fəng­lər, mi­na­lar və baş­qa hər­bi ava­dan­lıq­lar da­xil­dir.
Bu­nun­la ya­na­şı, Azər­bay­can bir sı­ra döv­lət­lər­dən müa­sir si­lah­lar alır. 2017-ci ilin mar­tın­da Azər­bay­can­la İs­ra­il ara­sın­da 1,6 mil­yard də­yə­rin­də si­lah mü­qa­vi­lə­si də im­za­la­nıb.
Mə­lum ol­du­ğu ki­mi, Er­mə­nis­tan Azər­bay­ca­nın dün­ya­nın bir sı­ra apa­rı­cı öl­kə­lə­rin­dən müa­sir si­lah komp­leks­lə­ri al­ma­sın­dan na­ra­hat­dır və hər vəch­lə bu­na ma­ne ol­maq is­tə­yir. Er­mə­nis­tan hət­ta Azər­bay­can Da­xi­li İş­lər Na­zir­li­yi üçün Ka­na­da­dan si­lah alın­ma­sın­dan na­ra­hat­dır. Azər­bay­can Or­du­su­nun müa­sir si­lah­lar al­ma­sın­dan er­mə­ni­lə­rin na­ra­hat­lıq ke­çir­mə­si­ni ba­şa düş­mək olar. Ma­raq­lı­dır, bəs DİN-in han­sı­sa si­lah­lar al­ma­sı­nı ni­yə be­lə na­ra­hat­lıq­la qə­bul edir­lər?
Mə­sə­lə­yə mü­na­si­bət bil­di­rən AMİP funk­sio­ne­ri Əli Oru­co­vun söz­lə­ri­nə gö­rə, bu, er­mə­ni­lə­rin pis xis­lə­tin­dən irə­li gə­lən mə­sə­lə­dir: "On­lar Azər­bay­ca­nın is­tə­ni­lən sa­hə­də han­sı­sa uğur əl­də et­mə­sin­dən na­ra­hat­dır. Er­mə­ni­lə­ri ən çox na­ra­hat edən isə son il­lər Azər­bay­ca­nın si­lah­lan­ma­sı və müa­sir si­lah komp­leks­lə­ri əl­də et­mə­si­dir. Da­xi­li iş­lər or­qan­la­rı­nın be­lə, xid­mə­ti və­zi­fə­lə­ri­ni ic­ra et­mək üçün si­lah əl­də et­mə­si er­mə­ni­lə­ri ən­di­şə­lən­di­rir. He­sab edir­lər ki, po­lis or­qan­la­rı hə­min si­lah­la­rı tor­paq­la­rın azad olun­ma­sı­na yö­nəl­də­cək. Hal­bu­ki, DİN or­qan­la­rı­nın funk­si­ya­sı fərq­li­dir. Düz­dür, bi­rin­ci Qa­ra­bağ mü­ha­ri­bə­sin­də po­lis or­qan­la­rı tor­paq­la­rın mü­da­fiə­si­nə cəlb olun­du. An­caq o za­man Azər­bay­can Or­du­su ye­ni for­ma­laş­ma­ğa baş­la­dı­ğı üçün, bu­na zə­ru­rət var idi. İn­di isə və­ziy­yət ta­mam fərq­li­dir". [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO