Azərbaycan İdeyası

"MedEra" HOSPITALIN ƏLİNƏ DÜŞMÜŞ "CAN ÖZGƏNIN, PUL ÖZGƏNIN" FÜRSƏTI

Tarix:26-01-2018, 11:49
Baxış Sayı:373



Avtomobil qəzaları zamanı şəxsə az ağır və ağır dərəcəli bədən xəsarəti yetirənlər zərərçəkəni razı sala bilsələr, həbs olunmayacaqlar. Bildiyimiz kimi, Milli Məclis Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrinə dəyişiklik edib və bu dəyişikliklər noyabrın 1-dən qüvvəyə minib. 263.1 və 263.1-1-ci maddələr digər alternativ cəzalarla yanaşı, müvafiq olaraq 2 il və 3 il azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutur. Bu maddələrdə nəzərdə tutulmuş əməlləri törədən sürücülər məhkumluq kimi ağır hüquqi nəticələri olan vəziyyətdən xilas ola bilmək imkanı eldə edəcəklər. Azərbaycan Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulmuş avtomobil qəzaları ilə bağlı cinayət əməli ehtiyatsızlıq üzündən törədilən cinayətlər kateqoriyasına aiddir. Yəni, bu qəzalarda baş verə biləcək nəticəni sürücü arzu etmir. Lakin belə nəticənin baş verə biləcəyini görməli olduğu halda görmür. Ehtiyatsızlıq üzündən törədilən cinayət əməllərinin istintaqı zamanı zərərçəkmişin mövqeyi və ona vurulmuş ziyanın ödənilib-ödənilməməyi həm hüquqi, həm mənəvi dəyərlər baxımından mühüm əhəmiyyət kəsb edir.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyir ki, təkrar və ya qəsdən törədilən hadisələrdə güzəştlər olmamalıdır: "Düşünürəm ki, hüquq-mühafizə və istintaq orqanları bu məsələni detallı şəkildə araşdıracaqlar. Ola bilər ki, hansısa sürücü artıq bir neçə dəfə bu cür hadisə törədib. Təkrar törət, xəsarəti ödə, azadlıqda gəz. Bu kimi məsələlər düşünürəm ki, gələcəkdə təcrübədə nəzərə alınacaq ki, təkrar və ya qəsdən törədilən hadisələrdə güzəştlər olmasın. Əgər bu olarsa, deməli, kimin imkanı varsa öz bildiyi kimi maşın sürəcək və problemlər çoxalacaq. Məncə, hətta piyadalar üçün də sui-istifadə halları meydana çıxacaq. Belə ki, qəsdən özünü maşının önünə atanlar çoxala bilər. Onsuz bu işlə peşəkar səviyyədə məşğul olanlar var. Hətta deyərdim ki, bəzilərini ayda 5 dəfə maşın vurur... Bu yeniliyin müsbət tərəfi odur ki, insanlar heç nədən həbsə düşməyəcəklər. Bu, dünya təcrübəsində də tətbiq olunur. Yəni istəmərik ki, təsadüfən olmuş bir hadisəyə görə 3 uşaq atası həbsə getsin. Bu cəhətdən çox yaxşı qərardır. Amma hüquq-mühafizə orqanları işi sonadək izləsinlər. Bəzən görürsən ki, zərərçəkənə dəymiş ziyan 3 mindir, ancaq o, sürücüdən 13 min istəyir. Və mütəmadi olaraq sürücüyə zəng vurub onu şantaj edir. Bu, axı ədalətli deyil. Ona görə ciddi nəzarət olmalı, hər şey qanuna uyğun həyata keçirilməlidir”.
Füzuli şəhəri, Ə. Məmmədov küçəsi, ev-13, mənzil-14 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Sahil qəsəbəsi, S. Balaqardaşov küçəsi, ev-14, mənzil-12 ünvanda yaşayan məcburi köçkün Kazımov Şakir Mirzə oğlu redaksiyamıza yazdığı ərizədə göstərir ki, idarə etdiyi BMV 3250 markalı, 99 HE-911 nömrə nişanlı avtomobillə yol qəzası törətmiş, nəticədə Ələkbərov Niyaz Əhməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Zərərçəkmişə 18 min manat maddi yardım da etmişdir ki, bu da məhkəmə qərarında əksini tapmışdır. Lakin birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayan zərərçəkmiş apellyasiya şikayəti vermiş, əlavə maddi kömək istəmişdir. Apellyasiya məhkəməsi işə baxaraq zərərçəkmişin iddiasını qismən təmin etmiş, əlavə 25 min manat tutularaq zərərçəkmişə ödənməsinə qərar çıxarmışdır. Məhkəmə onu əsas götürmüşdür ki, iş materialına əlavə edilmiş "Med Era Hospital" MMC tərəfindən verilmiş arayışda xidmət çeki siyahısında göründüyü kimi həmin hospitalda Ələkbərovun müalicə xərci 41 min manat təşkil etmişdir.
Ş. Kazımov hospitalın çekinin nə dərəcədə doğruluğunu, eləcə də Ələkbərovun idarə etdiyi 99 HK 420 dövlət nişanlı mikroavtobusun kimə məxsusluğunu və hadisə yerində nə məqsədlə olduğunu araşdırmağı, ümumiyyətlə, hamının başına gələ biləcək, heç kəsin sığortalanmadığı bu problemin ictimailəşdirilməsini redaksiyadan xahiş etmişdir.
Adı çəkilən tibb müəssisəsinə tərəfimizdən sorğu göndərilmiş və qanedici olmayan cavab alınmışdır. Hospitalın direktoru cavab məktubunda bildirir: "Zərərçəkmiş Ələkbərov Niyaz Əhməd oğlu tərəfindən müalicəsi üçün "MedEra Hospital"a ödənilımiş xərclərin siyahısı məhkəməyə təqdim etmək üçün verilmişdir. Nəzərinizə çatdırırıq ki, apellyasiya instansiyasında qəbul edilmiş qətnamədən narazı qalan tərəf olaraq Kazımov Şakir Mirzə oğlu konstitusion hüquqlardan istifadə edərək, MPM-nin 402, 403.1-ci maddələrini rəhbər tutaraq kassasiya şikayəti verə bilər. Qanunvericiliyə görə tərəflər arasında mübahisələr yalnız məhkəmələr və hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və onlara lazım olan məlumatlar yalnız sorğu əsasında təqdim olunur".
Əvvəla, hörmətli direktorun nəzərinə (!) çatdırırıq ki, nə bizə, nə də vətəndaş Kazımova hüquq dərsi keçməsinə ehtiyac yoxdur. Kazımov öz konstitusion hüquqlarını bilməsəydi, heç apellyasiya şikayəti də verməzdi. Məktubunda Cinayət Prosessual Məcəlləsinin maddələrini sadalamaqdansa, pasientin müalicəsi üçün çəkdiyi xərc maddələrini sadalamasını istəyirdik. Görünür, bunu etməkdə maraqlı deyildir. Yəqin eyni xidməti göstərən başqa tibb müəssisələri ilə müqayisədə "MedEra"dakı bahaçılığın nəzərə çarpmasını istəməyib.

Qiyam Ərşadoğlu [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO