Azərbaycan İdeyası

QAÇIRDIĞI, SONRA ATDIĞI QIZIN UŞAĞINA ATALIQ ETMƏKDƏN BOYUN QAÇIRIR - MƏHKƏMƏ TİBBİ EKSPERTİZA TƏYİN EDİB

Tarix:22-01-2020, 14:59
Baxış Sayı:1 075

Bəzən ailə qarşılıqlı istək əsasında qurulsa da, dağılır. Ailə quran gənclərin həyat təcrübəsinin az olması, ata-anadan iqtisadi asılılığı valideynlərin onların ailə-məişət məsələlərinə müdaxilə etmələrinə zəmin yaradır və...
Saatlı şəhərində qeydiyyatda olan və yaşayan 1992-ci il təvəllüdlü Əliyeva Türkan Qabil qızı redaksiyamıza ərizə ilə müraciət edərək bildirmişdir ki, 26.04.2017-ci il tarixdə Sadıqov Murad Rafiq oğlu ilə vətəndaş nikahı ilə ailə qurmuşdur. 16.04.2018-ci il tarixdə onların Emil adlı övladları dünyaya gəlmişdir. Birlikdə yaşadıqları müddətdə dəfələrlə Murada rəsmi nikah bağlamağı təklif etsə də, o, imtina etmişdir.
Ərizədən oxuyuruq: Anası onu öyrədirdi, məni tez-tez döyürdü. Bir dəfə də hamilə vaxtımda məni təpiklə döydü, belimə, qarnıma vurdu, hətta uşağın tələf olması üçün xəbərim olmadan mənə dərman da içirtmişdi. Elə həmin gündən məni atıb getdi. Anam Afət oğlanın anasına zəng edərək bildirdi ki, bunlar bir-birini istəyib evləniblər, qızım hamilədir, yaxın günlərdə övladları da olacaq, ailənin dağılmağına şərait yaratmayın. Oğlanın anası dedi ki, mənə dəxli yoxdur, mən onu istəmirəm, oğluma başqa qız alacam. Mən bundan sonra onların çirkin niyyətlərini bildim. Özümə maşın almaq istədim - onu mənimsədilər. Murad sürücülük vəsiqəsini də, maşını da mənim şəxsi vəsaitim hesabına aldı. Mən həmin maşını dərzi işləyərək, öz maaşımla almışam. Düşünürdüm ki, ailəmdir də. Bu adam sürücülük vəsiqəsini də mənə aldırdı. Maşının krediti bitdikdən sonra evdə münaqişə yaratdılar. Mənə təzyiqlər edirdilər. Və axırda məni küçədə döyüb evdən qovdu. Mən əlacsız qalıb Şəki rayon məhkəməsinə müraciət etdim, oğlum Emilə Sadiqov Murad Rafiq oğlunun atalığının təsdiq olunmağını tələb etdim. Müraciətimə hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi ilə baxıldı. Sadıqov Murad Rafiq oğlu məhkəməyə gəlmədi. Onun nümayəndəsi vəkil Sarıyev Musa Kahov oğlu iddianı qəbul etmədiyini, lakin iş üzrə tibbi-genetik ekspertizanın təyin olunmasına etirazının olmadığını bildirdi. Bu zaman hakim Pərviz Hacıyev üzünü bizə tərəf tutaraq: "Tibbi-genetik ekspertizadan keçmək üçün 2500 manat pul verə biləcəksinizmi" - deyə soruşdu. Buna cavab olaraq anam bildirdi ki, mən dilənsəm də, o pulu verəcəm, Siz qərarınızı verin".
Vətəndaş Türkan Əliyeva redaksiyadan problemi ictimailəşdirməyi xahiş etmişdir. Öyrəndik ki, Türkan Murada qoşulub qaçmışdır. Ailəni öz istəkləri ilə qursalar da, qoruyub saxlaya bilməmişlər. Şəki rayon məhkəməsi 27.09.2019-cu il tarixli Qərardadı ilə Türkan Əliyevanın "atalığın müəyyən olunması və aliment" tələbinə dair iddia ərizəsinə baxaraq ekspertiza təyin olunmasını qərara almışdır. Qərardadda ekspertizanın xərci barədə heç nə göstərilməyib. Amma analoji məhkəmə təcrübələrindən məlumdur ki, məhkəmə-tibbi ekspertizanın keçirilməsində istifadə edilən reaktivlərin alınması üçün həqiqətən də 2.500 manat lazım ola bilər. Həmin xərc məhkəmə xərclərinin tərkibinə aiddir. Atalığın müəyyən edilməsi barədə tələb təmin edildiyinə görə, uşağın atasının məhz cavabdeh olduğu təsdiqlənərsə, həmin xərcin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması Mülki-Prosessual Məcəllənin 119-cu maddəsinin göstərişinə uyğundur.

Korrupsiya və Qanun

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı