Azərbaycan İdeyası

ATASIZDI DEYƏ ŞƏXSİYYƏT VƏSİQƏSİ ALMALI DEYİL?

Tarix:14-10-2019, 10:47
Baxış Sayı:175




Vətəndaş Behbudova Şahanə Fizuli qızı redaksiyamıza ərizə ilə müraciət edərək rastlaşdığı bürokratik əngəldən şikayətlənmişdir. Şahanə xanım bildirir ki, 2005-ci ildə Əliyev Rauf Rasim oğlu ilə rəsmi nikahla ailə qurmuş, 2006-cı ildə onların birgə nikahından Tərlan adlı oğulları dünyaya gəlmişdir. On il sonra Rauf Əliyev dünyasını dəyişmiş və yetkinlik yaşına çatmayan uşağı atasız qalan Şahanə xanım Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə ailə başçısını itirdiyinə görə müavinət almağa başlamışdır.
2017-ci ildə Şahanə xanım Abışov Taleh İsmayıl oğlu ilə ailə həyatı qurmuş, onların rəsmi nikahdan iki övladı dünyaya gəlmişdir. Bu günlərdə növbəti dəfə aylıq müavinəti almağa cəhd göstərəndə problemlə qarşılaşmış və məsələni aydınlaşdırmaq üçün yerli ƏSMM şöbəsinə müraciət etmişdir. Oradan bildirmişlər ki, oğlu Əlizadə Tərlan Rauf oğlunun şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Prosedur qaydalarına görə, valideynlər Tərlanın doğum haqqında şəhadətnaməsini özləri ilə götürərək Sumqayıt Nikah Evinə müraciət etmişlər. Müdir Təranə xanım sənədləri nəzərdən keçirərək qüsur aşkarlamışdır. Məlum olmuşdur ki, Tərlanın anası birinci nikah rəsmiləşərkən, birinci ərinin soyadını (Əliyeva) götürmək istəyini ifadə etmiş və bu, nikah haqqında şəhadətnamədə əksini tapmışdır. Lakin, nikah bağlanandan sonra səhlənkarlıq edərək təzə soyadı ilə şəxsiyyət vəsiqəsi almamışdır. Nikah Evinin müdiri Təranə Novruzova onlara bildirmişdir ki, Sumqayıt ASAN Xidmət Mərkəzinin əməkdaşları Şahanə xanımla Taleh bəyin arasındakı nikahı rəsmiləşdirərkən, qadının qızlıq soyadını əsas götürməkdə səhvə yol veriblər.
Aydın məsələdir ki, qanun qanundur, ona hamı əməl etməlidir. Vətəndaşlıq vəziyyəti haqqında məlumatları düzgün təqdim etməyən şəxslər inzibati qaydada cərimə olunurlar. Ən əsası isə, çəkdiyimiz misalda olduğu kimi, səhlənkarlıqlarına görə gec-tez bürokratik maneələrlə rastlaşırlar. O da aydındır ki, bəzi vətəndaşların belə məsələlərə yanaşmalarında hüquqi svadlarının olmaması da mənfi təsir göstərir. Amma fakt faktdır və ondan ibarətdir ki, Tərlan hələ yetkinlik yaşına çatmayıb. O, nə də şəxsiyyət vəsiqəsi almaq hüququndan məhrum edilməyib. Sumqayıt Nikah Evinin müdiri Təranə xanım vətəndaşı səhlənkarlıqda, ASAN Xidmətin Sumqayıt filialının əməkdaşlarını isə diqqətsizlikdə qınasa da, nəhayət ki, ailəyə sənədlərini qaydaya salmağın optimal variantını göstərməli idi.

Taleh Abışpv

OXŞAR XƏBƏRLƏR
Əhaliyə xəbərdarlıq - Sabah saat 21:00-dan başlayır...
Əhaliyə xəbərdarlıq - Sabah saat 21:00-dan başlayır...
Hadrutun işğaldan azad olunmasından 5 İL ÖTÜR
Hadrutun işğaldan azad olunmasından 5 İL ÖTÜR
Qəfil ürək ölümləri artır: Kardioloq SƏBƏBLƏRİ AÇIQLAYIR
Qəfil ürək ölümləri artır: Kardioloq SƏBƏBLƏRİ AÇIQLAYIR
TƏBİB-in bıçaqlanan əməkdaşının SON DURUMU
TƏBİB-in bıçaqlanan əməkdaşının SON DURUMU
TƏBİB-in xanım işçisi BIÇAQLANDI - YENİLƏNİB
TƏBİB-in xanım işçisi BIÇAQLANDI - YENİLƏNİB
Təşvişə düşməyin! - Xəbərdarlıq
Təşvişə düşməyin! - Xəbərdarlıq
Putin sabah ad gününü necə keçirəcək?
Putin sabah ad gününü necə keçirəcək?
14 yaşlı qıza əxlaqsızlıq edən yeniyetmə həbs edildi
14 yaşlı qıza əxlaqsızlıq edən yeniyetmə həbs edildi