Azərbaycan İdeyası

Yasamaldakı «Zamok Lva» restoranının təqdimatında nə baş verib?

Tarix:16-11-2015, 13:26
Baxış Sayı:426

Orada yeyib-içən RYTN-in işçilərindən bir neçəsinin Vidadi Zeynalovun avtomobilini qaçırdıqları və hadisə törətdiklərinə dair məlumat yayılıb
Bir müddət əvvəl Baş Prokurorluq tərəfindən həbs olunan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalovla bağlı maraqlı bir məlumat üzə çıxıb. Bu barədə JAM.AZ-a məlumat verən mənbələrin bildirdiyinə görə, hadisə bir müddət əvvəl Yasamal rayonu ərazisində baş verib.
Hadisənin baş vermə məkanı isə «Zamok Lva» restoranının qarşısı olub. İddia edilir ki, RYTN-in ən böyük qurumlarından birinin başında duran şəxsə məxsus olan həmin restoranın təqdimatı zamanı Vidadi Zeynalov və nazirliyin bir çox ünlü simaları yaxşı-yeyib içdikdən sonra, bir birlərliylə bütün şit zarafatları ediblər. Və iş yekunda Vidadi Zeynalovun maşınının qaçırılması ilə nəticələnib.
"Korrupsiya və Qanun" qəzetinə istinadən JAM.AZ-a məlumat verən mənbənin bildirdiyinə görə, «Zamok Lva» restoranının qarşısından sabiq aparat rəhbərinin maşını qaçırılıb. Qaçırıldıqdan sonra isə qəza törədilib. Həmin hadisənin üzə çıxmaması üçün Zeynalov və restoranın sahibi xeyli əziyyət çəkməli olublar.
Bildirək ki, mənbə hadisənin konkret olaraq kim və ya kimlər tərəfindən törədildiyi, habelə nələrlə nəticələndiyi barədə məlumat versə də, bəzi dəqiqləşdirmələrdən dolayı hələlik açıqlamırıq. Yaxın günlərdə bu barədə geniş məlumat verəcəyik.

OXŞAR XƏBƏRLƏR
Narkotik cinayətlərin sayı 12,4 % azaldı
Narkotik cinayətlərin sayı 12,4 % azaldı
Ötən il 11,5 ton narkotik vasitə müsadirə edilib
Ötən il 11,5 ton narkotik vasitə müsadirə edilib
Lənkəranda torpaq sürüşməsi - 7 kəndi birləşdirən yol dağıldı - FOTO
Lənkəranda torpaq sürüşməsi - 7 kəndi birləşdirən yol dağıldı - FOTO
Bakıya yağış, rayonlara qar yağıb - FAKTİKİ HAVA
Bakıya yağış, rayonlara qar yağıb - FAKTİKİ HAVA
Şəhid atası vəfat etdi - FOTO
Şəhid atası vəfat etdi - FOTO
Keçmiş müstəntiq Müşfiq Abbasov həbs edildi - YENİLƏNİB
Keçmiş müstəntiq Müşfiq Abbasov həbs edildi - YENİLƏNİB
Bakıda 7 evə girdilər - Sonda tutuldular
Bakıda 7 evə girdilər - Sonda tutuldular
Kəmaləddin Heydərovun iki müavini vəzifədən azad olundu
Kəmaləddin Heydərovun iki müavini vəzifədən azad olundu