Azərbaycan İdeyası

Ağstafa rəhbərliyinin kənd sakinlərinə biganəliyi

Tarix:16-11-2015, 15:18
Baxış Sayı:360

Yol mədəniyyət deməkdir. Bu mədəniyyəti isə bəzi məmurlar kölgədə saxlayır. Söhbət Ağstafa rayonunun Aşağı Kəsəmən kəndi ilə rayon mərkəzini birləşdirən, 1969-cu ildə salınmış, hazırda isə çox bərbad vəziyyətdə sakinləri təngə gətirən 5 km-lik yoldan gedir. Kənd sakinləri bildirir ki, Rayon İcra hakimiyyəti müstəqillik dövründə 3-4 dəfə dəyişsə də, bu adı çəkilən yola münasibəti dəyişmədi ki, dəyişmədi. Maraqlı da burasındadır ki, Rayon İcra hakimiyyətinin müavini Ramiz Tatarovun şəxsi təsərrüfatına, fermasına gedən yol yüksək formada asfalt örtüklə döşənib, ancaq zəhmətkeş kənd sakinləri yol sarıdan əziyyət çəkir. Yağıntılı havalarda isə burada çox acınacaqlı bir vəziyyət yaranır. Kənddən rayona işləməyə, təhsil ocaqlarına üz tutan sakinlər ya çatacağı ünvana gecikir, ya da nəqliyyat vasitələrində silkələnərək, müxtəlif fəsadlarla üzləşir. Sakinlər həmçinin onu da bildirir ki, «heç inandırıcı deyil ki, müstəqilliyimizin 25 ili ərzində Rayon İcra hakimiyyətinə bu yolun təmiri və yenidən qurulmasına maliyə vəsaiti ayrılmasın. Və bu haqlı narazılıq tam qəti olaraq nə İcra hakimiyyətinin və onun şöbələrini, nə də Ağstafa Rayon Bələdiyyəsinin sədrini narahat etmir. Əgər etsəydi hörmətli Dövlət başçımızın müxtəlif vaxtlarda yol infrasturkturuna ayırdığı kifayət qədər dövlət vəsaitindən 5 km-lik Aşağı Kəsəmən – Ağstafa yolunu çoxdan təmir etmiş olardı. Onda belə çıxır ki, bu məmurlar Azərbaycanın yol infrastruktruna xəyanət ediblər, bəlkə də düşünürlər ki, gözdən uzaqdı, yəni paytaxt Bakıdan uzaqdı da bu rayon, necə gəldi, elə də edə bilərik. Əgər belə deyilsə, ay hörmətli Ağstafa Rayon İcra hakimiyyətinin başçısı Məhərrəm müəllim, niyə bu kiçik məsələ qloballaşaraq, xəbər saytına qədər gəlib çıxdı? Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO