Azərbaycan İdeyası

RƏHBƏR TƏZƏ, ÜMİDLƏR TƏZƏ

Tarix:13-11-2015, 15:49
Baxış Sayı:478

Cənab Zakir Fərəcovun Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində Eldar Əzizovu əvəzləməsi, şəhərdə köhnə rəhbərliyin hakimiyyəti dövründən miras qalan problemlərin həllinə ümidləri artırmışdır. Sumqayıt şəhəri 1-ci mkr. ev 5/7 binasının sakinləri sabiq başçıya dəfələrlə yazdıqları şikayəti indi də Z. Fərəcova ünvanlayaraq, həmçinin redaksiyamızdan bu məsələni yenidən gündəmə gətirməyi xahiş etmişlər. Onların qəzetimizə yazdıqları ərizəni olduğu kimi dərc edirik:
“Yazıb sizə bildiririk ki, möhtərəm Prezidentimiz dövlətimizin, xalqımızın hər an qayğısına qalır, ölkəmizin çiçəklənməsi, insanların firavan yaşaması üçün əlindən gələni edir. Ancaq yerli məmurlar özbaşınalıq edirlər, xalqı, camaatı narazı salırlar. Nəfslərinin qurbanı olub, bir qarış boş torpaq qoymurlar, hamısını satırlar. Başda təqaüdçü, ziyalı bir müəllimə Verdiyeva Ofelya Rüstəm qızı olmaqla bina sakinlərinin adından (cəmi 13 imza) bizim şikayətimizi və haqlı narazılığımızı möhtərəm Prezidentimiz cənab İlham Heydər oğlu Əliyev cənablarına çatdırmağınızı xahiş edirik.
Sumqayıt şəhəri 1-ci mkr. Ev 5/7 binasının yola baxan hissəsində dörd mərtəbəli bir obyekt (Əsgərov Nizami Şamil oğluna məxsus) tikirlər. Bu tikinti zamanı evin arxasındakı ağaclar qırılıb, bina mənzillərinin gün işığı kəsilmiş, evlər toz-torpaq içində qalmışdır. Qeyd edək ki, bina ilə tikinti arasında 5 qarış məsafə var. Tikinti nəticəsində yaranmış səs-küydən bina sakinlərinin gecəsi gündüzə çevrilmişdir. Dəfələrlə Sumqayıt şəhər İcra Hakimiyyətinə və şəhər Memarlıq - Şəhərsalma İdarəsinə müraciət və şikayət olunsa da, səsimiz tapdalanmışdır. Xahiş edirik, bizə köməklik göstərəsiniz. Sizdən öz şəxsi nümayəndələrinizi adı çəkilən ünvana göndərməyinizi, yaranmış problemli vəziyyətlə tanış olmalarını və bu işə bir əncam qılmağınızı, Azərbaycan Respublikasının vətəndaşı olaraq sizə yazdığımız şikayətə cavab bildirmənizi xahiş edirik”.
Redaksiya olaraq məsələni gündəmdə saxlayacaq, şəhər rəhbərliyinin diqqətini problemin həllinə yönəltməyə çalışacağıq.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı