Azərbaycan İdeyası

Əli Kərimli prokurorluğa müraciət etdi – Lamiyə məsələsi 06.02.15 | 09:22 | Xəbər 1156 dəfə oxunub

Tarix:6-02-2015, 10:18
Baxış Sayı:0

“Qafqazinfo” xəbər verir ki, partiya sədri Facebook səhifəsində bu hadisənin baş verməsinə səbəb olan sosial, ictimai və kriminal mühiti şərh edib. Ə. Kərimli şərhində qeyd edib ki, əyalətlərimizin birində balaca padşahın ərköyün oğlunun törətdiyi cinayət, Lamiyəni 15 yaşında adam öldürməyə sövq edib. Bir gənc həyatını itirib, 2 gənc faktiki məhv edilib, 10-larla insan isə həbs və işgəncələrə məruz qalıb. Partiya sədri nəhayət, bu faciənin sonunda Lamiyənin cəzaçəkmə müəssisəsində uşaq dünyaya gətirməklə gündəmə gəldiyini qeyd edib: “Lamiyə Quliyeva faciəsi zamanı çoxlu konkret cinayət hadisələri baş verib. Yalnız mətbuatda gedən materiallara ilkin nəzər yetirməklə vəzifəli şəxslər tərəfindən aşağıdakı cinayətlərin törədildiyi qənaətinə gəlmək olar (şübhə etmirəm ki, dəqiq, qərəzsiz, hərtərəfli istintaq aparılacağı təqdirdə başqa cinayətlərin də üstü açıla bilər)

1. İşgəncə - Cinayət Məcəlləsi, maddə 113;

2. Qəsdən sağlamlığa ağır zərər vurma – maddə 126;

3. Qanunsuz abort etmə - maddə 141;

4. Əmlakı qəsdən məhv etmə və ya zədələmə - maddə 186;

5. Ədalət mühakiməsinin, ibtidai istintaqın həyata keçirilməsinə mane olma – maddə 286;

6. Təqsiri olmadığını bilə-bilə şəxsi cinayət məsuliyyətinə cəlb etmə - maddə 290;

7. Qnunsuz olaraq tutma, həbsə alma və ya həbsdə saxlama – maddə 292;

8. Bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərar çıxarma – maddə 295;

9. Vəzifə səlahiyyətlərini aşma – maddə 309;

Xüsusilə qeyd etmək istəyirəm ki, yuxarıda sadaladığım cinayətlərin hamısı vəzifəli şəxslər tərəfindən, dövlətin onlara verdiyi səlahiyyətlərdən sui-istifadə etməklə həyata keçirilib. Bilmək lazımdır ki, bu faciəvi hadisələr zamanı təkcə Lamiyə Quliyevanın, onun keçmiş nişanlısı Vüqar Əliyevin, onların yaxın qohumlarının hüquq və azadlıqları tapdanmayıb, həm də dövlətin, xüsusilə hüquq mühafizə və məhkəmə orqanlarının nüfuzuna böyük zərbə dəyib.

İndi Baş Prokurorluğu və digər səlahiyyətli qurumları görəvə dəvət edirəm. Sübut etsinlər ki, bir balaca padşahın hikkəsilə törədilmiş bu cinayətlər və onları törətmiş cinayətkarlar dövlət səviyyəsində himayə olunmur. Bu cinayətləri törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasını təmin etsinlər. Lamiyə Quliyeva cəzasını artıqlaması ilə çəkib, qondarma ittihamları onun üzərindən götürmək və onu azad etmək lazımdır. Vüqar Əliyevlə bağlı istintaq yenilənməli, yeni açılmış hallar nəzərə alınmalıdır”.

OXŞAR XƏBƏRLƏR
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."